Təhsil nazirinin müavini İdris İsayev kollektivə təqdim olunub
Noyabrın 19-da təhsil naziri Ceyhun Bayramov Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə təhsil nazirinin müavini vəzifəsinə təyin olunmuş İdris İsayevi nazirliyin kollektivinə təqdim edib.
Ceyhun Bayramov son illərdə təhsil sahəsində həyata keçirilən islahatları diqqətə çatdırıb, yeni təyinatın təhsilin inkişafına töhfə verəcəyinə əminliyini bildirib.
İdris İsayev dövlət başçısı tərəfindən ona göstərilən yüksək etimada görə təşəkkürünü bildirib. Nazir müavini ölkə Prezidentinin təhsil sahəsində qarşıya qoyduğu vəzifələrin icrasının layiqincə yerinə yetirilməsi üçün yüksək səylə çalışacağını vurğulayıb.
7 il əvvəl
Digər xəbərlər
-
2025-2026-cı tədris ili rəqəmlərdə - HESABAT
25.06.2026 - 13:00 -
“Qızların təhsilinə dəstək” layihəsinin II Məzun Günü keçirilib
25.06.2026 - 10:41 -
Nazir Məktəblilərin Respublika İdman Olimpiadası çərçivəsində basketbol yarışlarını izləyib
24.06.2026 - 20:34 -
Elm və təhsil naziri Respublika Fənn Olimpiadalarının ən yüksək nəticə göstərən qalibləri ilə görüşüb
24.06.2026 - 15:15 -
Direktorların işə qəbulu üzrə elektron qeydiyyat başlayır
24.06.2026 - 13:00
