Apellyasiya Şurasının növbəti iclası keçirilib
Fevralın 26-da təhsil nazirinin müavini, nazirliyin Apellyasiya Şurasının sədri Firudin Qurbanovun rəhbərliyi ilə şuranın növbəti iclası keçirilib.
“Microsoft Teams” platforması üzərindən keçirilən iclasda Bakı Şəhəri üzrə Təhsil İdarəsinin İnkişaf layihələri sektorunda baş məsləhətçi vəzifəsinə namizəd Sultanə Məmmədovanın, Cəlilabad Rayon Təhsil Şöbəsində aparıcı məsləhətçi vəzifəsinə namizəd Tacəddin Əlinin, Göygöl Rayon Təhsil Şöbəsində aparıcı məsləhətçi vəzifəsinə namizəd Firuzə Hidayətzadənin, Kəlbəcər Rayon Təhsil Şöbəsində məsləhətçi vəzifəsinə namizəd Elməddin Əsədovun, Lerik Rayon Təhsil Şöbəsində aparıcı məsləhətçi vəzifəsinə namizəd Vidadi Fətullayevin müsahibə nəticələri ilə əlaqədar şikayətlərinə baxılıb.
İclasda müsahibə komissiyaları üzvlərinin təqdim etdiyi məlumat və videogörüntülər əsasında şikayətlər araşdırılıb. 2 nəfərin şikayətinin təmin olunması, 3 nəfərin şikayətinin təmin edilməməsi barədə şura tərəfindən qərar qəbul olunub.
5 il əvvəl
Digər xəbərlər
-
Valideyn-dövlət-özəl əməkdaşlığı əsasında seçilən özəl bağçaların siyahısı açıqlanıb
03.09.2026 - 14:05 -
“Danışır təcrübə” layihəsinin XII görüşünün qonağı Vüsal Hüseynov olub
31.08.2026 - 14:21 -
Azərbaycan və Türkiyənin ali təhsil əməkdaşlığında yeni mərhələ
28.08.2026 - 17:45 -
Elm və təhsil naziri Xankəndidə vətəndaşları qəbul edib
28.08.2026 - 17:36 -
Elm və təhsil naziri Yardımlıda vətəndaşları qəbul edəcək
27.08.2026 - 15:39
