Tvinninq layihəsinin İdarəetmə Komitəsinin növbəti iclası
Avropa İttifaqının Tvinninq proqramı çərçivəsində Təhsil Nazirliyi tərəfindən həyata keçirilən “Azərbaycanda ali təhsilin gücləndirilməsinə dəstək” layihəsinin İdarəetmə Komitəsinin növbəti iclası olub.
Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini Yaqub Piriyev iclası giriş nitqi ilə açaraq layihənin əhəmiyyətindən danışıb. Layihənin Azərbaycan üzrə rəhbəri, Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdir müavini Şahin Bayramov layihənin ölkəmizin ali təhsilinə verəcəyi töhfələrdən danışıb, layihə sayəsində ali təhsil sisteminin Avropa ali təhsil məkanına daha da uyğunlaşacağına öz inamını ifadə edib.
Tədbirdə layihənin Fransadan olan rəhbəri, Fransanın Beynəlxalq Pedaqoji Araşdırmalar Mərkəzinin əməkdaşı Bruno Kurval, Litvadan olan layihə rəhbəri, Litvanın təhsil nazirinin müavini Giedrius Viliunas və Latviyadan olan rəhbəri, Latviyanın Akademik Məlumat Mərkəzinin rəhbəri Ramina Baiba çıxış ediblər.
Layihənin Fransa üzrə koordinatoru Liza Baydanova ötən dövr ərzində görülən işlərlə bağlı məlumat verib, növbəti rüb ərzində planlaşdırılan tədbirləri diqqətə çatdırıb.
Tədbirin sonunda komitə üzvləri tərəfindən növbəti iclasın 2019-cu ilin fevral ayında keçirilməsi ilə bağlı qərar qəbul edilib.
7 il əvvəl
Digər xəbərlər
-
2025-2026-cı tədris ili rəqəmlərdə - HESABAT
25.06.2026 - 13:00 -
“Qızların təhsilinə dəstək” layihəsinin II Məzun Günü keçirilib
25.06.2026 - 10:41 -
Nazir Məktəblilərin Respublika İdman Olimpiadası çərçivəsində basketbol yarışlarını izləyib
24.06.2026 - 20:34 -
Elm və təhsil naziri Respublika Fənn Olimpiadalarının ən yüksək nəticə göstərən qalibləri ilə görüşüb
24.06.2026 - 15:15 -
Direktorların işə qəbulu üzrə elektron qeydiyyat başlayır
24.06.2026 - 13:00
