15-ci Beynəlxalq Elm Olimpiadasında Azərbaycanı 6 şagird təmsil edəcək
2-11 dekabr 2018-ci il tarixlərində Botsvana Respublikasında təşkil olunacaq Yeniyetmələrin 15-ci Beynəlxalq Elm Olimpiadasında (İJSO-2018) Azərbaycanı təmsil edəcək şagirdlərin adları məlum olub.
Bunlar Murad Bəşirov, Sirac Yəhyazadə (Sumqayıt şəhəri təbiət elmləri təmayüllü gimnaziya), Xanım Yaqublu, Əjdər Fərzullazadə (Türkiyə Dəyanət Vəqfi Bakı Türk Liseyi), Sədiyar Qafarov (Kimya-biologiya təmayüllü respublika liseyi) və Məhəmməd Yusifovdur (Fizika-riyaziyyat və İnformatika təmayüllü lisey).
Sentyabrın 29-da baş tutan ilkin seçim imtahanında uğur qazanan 35 şagirdlə oktyabr ayı ərzində dərslər keçirilib, oktyabrın 28-də isə ikinci seçim imtahanı təşkil olunub. İmtahan beynəlxalq proqrama uyğun test və açıq tipli tapşırıqlardan ibarət olmaqla iki mərhələli keçirilib. Seçim imtahanının yekun nəticələri olimpiada.edu.az saytında elan edilib.
Qeyd edək ki, Yeniyetmələrin Beynəlxalq Elm Olimpiadası təbiət elmləri (fizika, kimya, biologiya) üzrə yaşı 16-dan çox olmayan şagirdlər arasında həm fərdi, həm də komanda formatında təşkil olunan elm yarışıdır. 2004-cü ildən etibarən Azərbaycan məktəbliləri bu olimpiadada iştirak edib, 4 gümüş, 33 bürünc olmaqla 37 medal qazanıblar.
7 il əvvəl
Digər xəbərlər
-
2025-2026-cı tədris ili rəqəmlərdə - HESABAT
25.06.2026 - 13:00 -
“Qızların təhsilinə dəstək” layihəsinin II Məzun Günü keçirilib
25.06.2026 - 10:41 -
Nazir Məktəblilərin Respublika İdman Olimpiadası çərçivəsində basketbol yarışlarını izləyib
24.06.2026 - 20:34 -
Elm və təhsil naziri Respublika Fənn Olimpiadalarının ən yüksək nəticə göstərən qalibləri ilə görüşüb
24.06.2026 - 15:15 -
Direktorların işə qəbulu üzrə elektron qeydiyyat başlayır
24.06.2026 - 13:00
