Apellyasiya Şurasının növbəti iclası keçirilib
Fevralın 12-də təhsil nazirinin müavini, nazirliyin Apellyasiya Şurasının sədri Firudin Qurbanovun rəhbərliyi ilə şuranın növbəti iclası keçirilib.
“Microsoft Teams” platforması üzərindən keçirilən iclasda Təhsil Nazirliyinin Hüquq şöbəsində Normativ-hüquqi təminat sektorunda aparıcı məsləhətçi vəzifəsinə namizəd Fərid Əhmədovun, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin İnkişaf layihələri sektorunda aparıcı məsləhətçi vəzifəsinə namizədlər Zərifə Səmədzadənin və Əliağa Hüseyninin, Daxili nəzarət sektorunda məsləhətçi vəzifəsinə namizədlər Aytac Nəsirovanın və Vüqar Şahbazovun, Balakən Rayon Təhsil Şöbəsində aparıcı məsləhətçi vəzifəsinə namizəd Sevinc İbadovanın, Astara Rayon Təhsil Şöbəsində məsləhətçi vəzifəsinə namizədlər Elçin Mirzəzadənin və Elgün Şabanovun, Cəlilabad Rayon Təhsil Şöbəsində aparıcı məsləhətçi vəzifəsinə namizəd Nərmin Məmmədlinin və Mingəçevir Şəhər Təhsil Şöbəsində məsləhətçi vəzifəsinə namizəd Vüqar Teymurovun müsahibə nəticələri ilə əlaqədar şikayətlərinə baxılıb.
İclasda müsahibə komissiyaları üzvlərinin təqdim etdiyi məlumat və videogörüntülər əsasında şikayətlər araşdırılıb. 4 nəfərin şikayətinin təmin olunması, 6 nəfərin şikayətinin təmin olunmaması barədə Şura tərəfindən qərar qəbul olunub.
5 il əvvəl
Digər xəbərlər
-
“UI GreenMetric Sustainable University Rankings 2026 Results and Awards Ceremony” öz işinə başlayıb
23.09.2026 - 17:51 -
Doktorantların və gənc tədqiqatçıların 29-cu Respublika elmi konfransı (NASCO29) keçiriləcək
23.09.2026 - 15:20 -
Elm və Təhsil Nazirliyi və “OpenAI” süni intellektin təhsildə tətbiqi üzrə əməkdaşlığı genişləndirir
23.09.2026 - 09:38 -
Bakıda yerləşən ali təhsil müəssisələrində tədris distant təşkil olunacaq
22.09.2026 - 19:50 -
Nazir uşaqlar üçün təhlükəsiz rəqəmsal sistemlərin qurulmasına dair yüksək səviyyəli tədbirdə iştirak edib
22.09.2026 - 14:28
