Apellyasiya Şurasının onlayn iclası keçirilib
Fevralın 5-də Təhsil Nazirliyinin Apellyasiya Şurasının növbəti onlayn iclası keçirilib.
“Microsoft Teams” platforması üzərindən keçirilən iclasda Təhsil Nazirliyinin Bakı Şəhəri üzrə Təhsil İdarəsinin İnkişaf layihələri sektorunda məsləhətçi vəzifəsinə namizədlər Nuranə Mustafayeva və Vüsalə Yusifovanın, aparıcı məsləhətçi vəzifəsinə namizədlər Aysel Feziyeva, Vüqar Şahbazov və Sahib Tağıyevin, baş məsləhətçi vəzifəsinə namizəd Zərifə Səmədzadənin, İctimaiyyətlə əlaqələr sektorunda məsləhətçi vəzifəsinə namizəd Aygün Şahbazovanın müsahibə nəticələri ilə əlaqədar şikayətlərinə baxılıb.
İclasda müsahibə komissiyaları üzvlərinin təqdim etdiyi məlumat və videogörüntülər əsasında şikayətlər araşdırılıb. 3 nəfərin şikayətinin təmin olunması, 4 nəfərin şikayətinin isə təmin edilməməsi barədə Şura tərəfindən qərar qəbul olunub.
5 il əvvəl
Digər xəbərlər
-
“UI GreenMetric Sustainable University Rankings 2026 Results and Awards Ceremony” öz işinə başlayıb
23.09.2026 - 17:51 -
Doktorantların və gənc tədqiqatçıların 29-cu Respublika elmi konfransı (NASCO29) keçiriləcək
23.09.2026 - 15:20 -
Elm və Təhsil Nazirliyi və “OpenAI” süni intellektin təhsildə tətbiqi üzrə əməkdaşlığı genişləndirir
23.09.2026 - 09:38 -
Bakıda yerləşən ali təhsil müəssisələrində tədris distant təşkil olunacaq
22.09.2026 - 19:50 -
Nazir uşaqlar üçün təhlükəsiz rəqəmsal sistemlərin qurulmasına dair yüksək səviyyəli tədbirdə iştirak edib
22.09.2026 - 14:28
