Azərbaycan Respublikasının rəsmi dövlət platforması
Rəsmi vebsaytları necə tanımaq olar?
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.
Dövlət qurumları .gov.az domeni (məsələn, edu.gov.az) vasitəsilə əlaqə qurur.
Rəsmi vebsaytların siyahısı
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
  • Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Kulinariya üzrə II respublika çempionatına start verilib

“Peşə təhsili müəssisələri tələbələrinin kulinariya üzrə II Respublika çempionatı” başlayıb.

Müsabiqədə Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi, Emal Sənayesi üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi, Mədəniyyət və Sənətkarlıq üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi, İctimai İaşə və Xidmət üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi, Qəbələ Dövlət Peşə Təhsil Mərkəzi, İsmayıllı Peşə Tədris Mərkəzi, Bakı Turizm Peşə Məktəbinin tələbə və təlim ustalarından ibarət 7 komanda iştirak edir.

5 gün davam edəcək yarışda gənc kulinarlar milli mətbəx nümunələri, şirniyyat hazırlanması və çay süfrəsinin tərtibi üzrə öz bacarıqlarını nümayiş etdirəcəklər.

Qaliblərin mükafatlandırılması mərasimi oktyabrın 20-də - Beynəlxalq Kulinariya Günündə baş tutacaq. Qaliblər medal, sertifikat və kubokla təltif olunacaqlar.

Yarış Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət AgentliyiAzərbaycan Milli Kulinariya Assosiasiyasının birgə təşkilatçılığı, “Azərbaycanda Peşə Təhsili və Təliminin (PTT) İnkişafına Avropa İttifaqının Dəstəyi” texniki yardım layihəsinin dəstəyi ilə keçirilir.


7 il əvvəl