Təhsil naziri Ceyhun Bayramov YUNESKO Baş katibinin təhsil məsələləri üzrə müavini ilə görüşüb
Təhsil naziri Ceyhun Bayramov Bakı şəhərinin Ümumdünya Sərgisində namizədliyinə dair “İnsan kapitalının inkişafı, daha yaxşı gələcəyin qurulması” mövzusunda simpoziumda iştirak məqsədilə Fransaya səfəri çərçivəsində oktyabrın 5-də YUNESKO-nun Parisdəki Baş qərargahında bu qurumun Baş katibinin təhsil məsələləri üzrə müavini xanım Stefaniya Canini ilə görüşüb.
Nazir görüşdə ölkə Prezidenti tərəfindən təsdiq edilmiş “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası” çərçivəsində son illərdə aparılan islahatlar haqqında məlumat verib, Azərbaycanla YUNESKO arasında dinamik əlaqələrin qurulmasında Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın rolunu vurğulayıb.
Görüşdə Azərbaycan ilə YUNESKO arasında təhsil sahəsində əlaqələrin inkişafı prosesi və gələcək perspektivləri müzakirə olunub.
Azərbaycan Respublikasının YUNESCO yanındakı daimi nümayəndəliyinin rəhbəri Anar Kərimov görüşdə iştirak edib.
7 il əvvəl
Digər xəbərlər
-
2025-2026-cı tədris ili rəqəmlərdə - HESABAT
25.06.2026 - 13:00 -
“Qızların təhsilinə dəstək” layihəsinin II Məzun Günü keçirilib
25.06.2026 - 10:41 -
Nazir Məktəblilərin Respublika İdman Olimpiadası çərçivəsində basketbol yarışlarını izləyib
24.06.2026 - 20:34 -
Elm və təhsil naziri Respublika Fənn Olimpiadalarının ən yüksək nəticə göstərən qalibləri ilə görüşüb
24.06.2026 - 15:15 -
Direktorların işə qəbulu üzrə elektron qeydiyyat başlayır
24.06.2026 - 13:00
