Azərbaycanda ilk dəfə keçirilən festivala tələbə-könüllülər dəstək verib
27-30 sentyabr tarixlərində Heydər Əliyev Fondunun təşkilatçılığı və Mədəniyyət Nazirliyinin dəstəyi ilə Azərbaycanda ilk dəfə olaraq Nəsimi - şeir, sənət və mənəviyyat Festivalı keçirilib.
Şərqin dahi şair və mütəfəkkirlərindən olan İmadəddin Nəsiminin yaradıcılığına həsr olunan festivala Təhsil Nazirliyinin “Bir” Tələbə-Könüllü proqramının 80-dən çox tələbə-könüllüsü dəstək olub.
Sentyabrın 30-da keçirilən festivalın bağlanış mərasimində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Bakı Media Mərkəzinin prezidenti Arzu Əliyeva iştirak edib. Tədbirin sonunda tələbə-könüllülər Leyla Əliyeva və Arzu Əliyeva ilə xatirə şəkli çəkdiriblər.
Festival çərçivəsində Bakı şəhərində, eləcə də Nəsiminin doğma diyarı Şamaxıda proqramlar təşkil olunub. Tələbə-könüllülər xarici və yerli qonaqların qarşılanması, müşayiət olunması, məkanlara aparılması, tədbir proqramı barədə məlumatlandırılması, yönləndirilməsi işlərində yaxından iştirak ediblər.
Təhsil Nazirliyinin "Bir" Tələbə-Könüllü proqramı ölkəmizin inkişafında böyük rol oynayan tələbə-könüllülərlə işi sistemləşdirmək, müvafiq fəaliyyəti stimullaşdırmaq üçün yaradılan uzunmüddətli proqramdır. Proqram tələbələrin karyera imkanlarını qazanmasında, dərsdən kənar asudə vaxtlarının dəyərləndirilməsində, vətəndaş məsuliyyətinin formalaşmasında mühüm rol oynayır. Hazırda 21 ali və 16 orta ixtisas təhsili müəssisələrini əhatə edən proqram 17000-dən artıq könüllü bazasına malikdir.
7 il əvvəl
Digər xəbərlər
-
2025-2026-cı tədris ili rəqəmlərdə - HESABAT
25.06.2026 - 13:00 -
“Qızların təhsilinə dəstək” layihəsinin II Məzun Günü keçirilib
25.06.2026 - 10:41 -
Nazir Məktəblilərin Respublika İdman Olimpiadası çərçivəsində basketbol yarışlarını izləyib
24.06.2026 - 20:34 -
Elm və təhsil naziri Respublika Fənn Olimpiadalarının ən yüksək nəticə göstərən qalibləri ilə görüşüb
24.06.2026 - 15:15 -
Direktorların işə qəbulu üzrə elektron qeydiyyat başlayır
24.06.2026 - 13:00
