“Bir” Tələbə-Könüllü proqramının Mingəçevir və Şəkidə təqdimatı
Sentyabrın 26-da Təhsil Nazirliyinin “Bir” Tələbə-Könüllü proqramının Mingəçevir Dövlət Universiteti və Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şəki filialının tələbələri üçün təqdimatları keçirilib.Təqdimatlar zamanı bildirib ki, “Bir” Proqramı tələbə-könüllülərə yeni dostlar və təcrübə qazanmağa, tələbə həyatını rəngarəng və faydalı keçirməyə, həm fərdi, həm də ictimai fəaliyyətlərinin inkişafına imkan yaradır.
Tələbələr eyni zamanda www.konullu.edu.az saytında tətbiq olunan “Onlayn sertifikat sistemi” ilə də tanış edilib.
Tədbirdə müxtəlif istiqamətlər üzrə fəaliyyət göstərən proqram çərçivəsində keçirilmiş təlimlər, seminarlar, komanda turları, festivallar, xeyriyyə aksiyaları barədə videoçarxlar nümayiş olunub.
"Bir" Tələbə-Könüllü Proqramı tələbələrin karyera imkanları qazanmasında, dərsdən kənar asudə vaxtlarının dəyərləndirilməsində, vətəndaş məsuliyyətinin formalaşmasında mühüm rol oynayır. Hazırda 21 ali və 16 orta ixtisas təhsili müəssisələrini əhatə edən proqram 17 000-dən artıq könüllü bazasına malikdir.
7 il əvvəl
Digər xəbərlər
-
2025-2026-cı tədris ili rəqəmlərdə - HESABAT
25.06.2026 - 13:00 -
“Qızların təhsilinə dəstək” layihəsinin II Məzun Günü keçirilib
25.06.2026 - 10:41 -
Nazir Məktəblilərin Respublika İdman Olimpiadası çərçivəsində basketbol yarışlarını izləyib
24.06.2026 - 20:34 -
Elm və təhsil naziri Respublika Fənn Olimpiadalarının ən yüksək nəticə göstərən qalibləri ilə görüşüb
24.06.2026 - 15:15 -
Direktorların işə qəbulu üzrə elektron qeydiyyat başlayır
24.06.2026 - 13:00
