Müəllimlərin işə qəbulu üzrə müsabiqənin yekun nəticələri açıqlanıb
Müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsinin nəticələri açıqlanıb. Bu mərhələ ilə bağlı məlumatlar namizədlərin şəxsi səhifələrinə göndərilib. Müsahibə mərhələsində müəllim olmaq istəyən 3692 namizəd uğur qazanıb.
Müəllim adını qazanmış şəxslər sentyabr ayının 5-dək zəruri sənədləri (şəxsiyyəti təsdiq edən sənədin, ali və ya orta ixtisas təhsili haqqında sənəd və ona əlavənin surəti, əmək kitabçasının əsli (olduğu təqdirdə), 3x4 fotoşəkil, sağlamlıq haqqında arayış, kadrlar uçotunun şəxsi vərəqəsi) aidiyyəti yerli təhsili idarəetmə orqanına təqdim etməlidirlər.
Elektron yerləşdirilmə zamanı tutduğu vakant yerdən imtina etmək istəyən namizədlər avqustun 28-dək Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunun nəzdində İnsan Resursları Mərkəzinə şəxsiyyəti təsdiq edən sənədin əslini təqdim etməklə bu barədə ərizə ilə şəxsən müraciət etməlidirlər.
Müəllimlərin işə qəbulu müsabiqəsi üzrə ikinci turun vakansiya seçimi isə avqustun 25-26-da keçiriləcək, ikinci turda uğur qazanmış namizədlər ümumi təhsil müəssisələrinə müddətsiz müqavilə ilə işə qəbul ediləcəklər.
İkinci tur başa çatdıqdan sonra namizədlər apelyasiya müraciətləri ilə bağlı irm@tipii.edu.az elektron poçt ünvanına müraciət edə bilərlər.
7 il əvvəl
Digər xəbərlər
-
“PAŞA Holding” və SOCAR İspaniyanın nüfuzlu IE Universiteti ilə Bakıda İnnovasiya Mərkəzinin yaradılmasına dair memorandum imzalayıb
28.04.2026 - 15:50 -
Füzuli şəhərində 1 nömrəli körpələr evi-uşaq bağçasının açılışı olub
24.04.2026 - 17:00 -
Nazir müavini Həsən Həsənli Şamaxıda müəllim və valideynlərlə görüşüb
24.04.2026 - 16:00 -
Aparat rəhbəri Tərtərdə təhsil müəssisələrinin fəaliyyəti ilə tanış olub
24.04.2026 - 15:00 -
Qarabağ regionu üzrə təhsil işçiləri üçün “Antikorrupsiya davranış modelinin formalaşdırılması” mövzusunda təlim keçirilib
24.04.2026 - 14:00
