Tələbə-könüllülər gələcəyin müəllimlərinə dəstək olublar
2018-2019-cu tədris ili üçün ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə müsabiqə uğurla başa çatıb.
Müsabiqənin 16-31 iyul tarixlərində 39 min 163 namizədin iştirakı ilə keçirilmiş test mərhələsində və 13-18 avqust tarixlərində 4 minə yaxın namizədin iştirakı ilə keçirilmiş müsahibə mərhələsində 130-a yaxın tələbə-könüllü iştirak edib. Tələbə-könüllülər müsabiqənin keçirildiyi tarixlərdə namizədlərin məlumatlandırılması, yönləndirilməsi, eyni zamanda imtahan prosesində nəzarətçi qismində fəaliyyət göstəriblər.
Təhsil Nazirliyinin "Bir" Tələbə-Könüllü Proqramı ölkəmizin inkişafında böyük rol oynayan tələbə-könüllülərlə işi sistemləşdirmək, müvafiq fəaliyyəti stimullaşdırmaq üçün yaradılan uzunmüddətli proqramdır. Proqram tələbələrin karyera imkanlarının qazanmasında, dərsdənkənar asudə vaxtlarının dəyərləndirilməsində, vətəndaş məsuliyyətinin formalaşmasında mühüm rol oynayır.
7 il əvvəl
Digər xəbərlər
-
2025-2026-cı tədris ili rəqəmlərdə - HESABAT
25.06.2026 - 13:00 -
“Qızların təhsilinə dəstək” layihəsinin II Məzun Günü keçirilib
25.06.2026 - 10:41 -
Nazir Məktəblilərin Respublika İdman Olimpiadası çərçivəsində basketbol yarışlarını izləyib
24.06.2026 - 20:34 -
Elm və təhsil naziri Respublika Fənn Olimpiadalarının ən yüksək nəticə göstərən qalibləri ilə görüşüb
24.06.2026 - 15:15 -
Direktorların işə qəbulu üzrə elektron qeydiyyat başlayır
24.06.2026 - 13:00
