Təhsil Nazirliyi Çinə 23 tələbə göndərir
Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə Çin Xalq Respublikasının Təhsil Nazirliyi arasında uğurlu əməkdaşlığın nəticəsi olaraq 23 Azərbaycan vətəndaşı 2018-19-cu tədris ili üzrə Çin Xalq Respublikasınin nüfuzlu universitetlərində təhsil almaq imkanı qazanıb.
Çin Xalq Respublikası tərəfindən verilən yekun qərar nəticəsində 23 nəfər bu ölkənin “Peking University”, “Beijing Normal University”, “University of Science and Technology Beijing”, “Central China Normal University”, “Shanghai University of Finance and Economics”, “Fudan University”, “Harbin Engineering University” kimi ali təhsil müəssisələrində logistika, proqramlaşdırma, ekologiya və mülki mühəndislik, biotexnologiya, ali təhsilin pedaqogikası, beynəlxalq münasibətlər, hüquq, iqtisadiyyat və idarəetmə ixtisasları üzrə bakalavriat ( 4 nəfər ), magistratura ( 17 nəfər ) və doktorantura ( 2 nəfər ) səviyyələri üzrə təhsil almaq hüququ əldə edib.
7 il əvvəl
Digər xəbərlər
-
2025-2026-cı tədris ili rəqəmlərdə - HESABAT
25.06.2026 - 13:00 -
“Qızların təhsilinə dəstək” layihəsinin II Məzun Günü keçirilib
25.06.2026 - 10:41 -
Nazir Məktəblilərin Respublika İdman Olimpiadası çərçivəsində basketbol yarışlarını izləyib
24.06.2026 - 20:34 -
Elm və təhsil naziri Respublika Fənn Olimpiadalarının ən yüksək nəticə göstərən qalibləri ilə görüşüb
24.06.2026 - 15:15 -
Direktorların işə qəbulu üzrə elektron qeydiyyat başlayır
24.06.2026 - 13:00
