Müəllimlərin işə qəbulu üzrə imtahanın izlənilməsi infotur
İyulun 20-də ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə müsabiqənin keçirildiyi Azərbaycan Texniki Universitetinin İdman Kompleksinə infotur təşkil edilib.
Tədbirdə sosial mediada fəal olan şəxslər, eləcə də bir qrup media nümayəndəsi iştirak edib.
Qonaqlar imtahanın gedişini yaxından izləyib, bu proseslə bağlı fikir mübadiləsi aparıblar. Bildirilib ki, imtahanda gün ərzində 4 min nəfərə yaxın şəxsin imtahan verməsi üçün hər cür şərait yaradılıb.
İyulun 19-da ibtidai sinif müəllimliyi və ingilis dili üzrə keçirilmiş test imtahanlarında 2958 nəfər iştirak edib, namizədlər arasında ən yüksək nəticə olaraq ibtidai sinif müəllimliyi üzrə 57, ingilis dili üzrə 58 bal qeydə alınıb.
İşə qəbul müsabiqəsi nəticəsində namizədlərin topladığı bal iki təqvim ili qüvvədədir və onlar növbəti tədris ili üçün keçirilən müsabiqə zamanı birbaşa vakansiya seçimi mərhələsində iştirak edə bilərlər.
7 il əvvəl
Digər xəbərlər
-
“PAŞA Holding” və SOCAR İspaniyanın nüfuzlu IE Universiteti ilə Bakıda İnnovasiya Mərkəzinin yaradılmasına dair memorandum imzalayıb
28.04.2026 - 15:50 -
Füzuli şəhərində 1 nömrəli körpələr evi-uşaq bağçasının açılışı olub
24.04.2026 - 17:00 -
Nazir müavini Həsən Həsənli Şamaxıda müəllim və valideynlərlə görüşüb
24.04.2026 - 16:00 -
Aparat rəhbəri Tərtərdə təhsil müəssisələrinin fəaliyyəti ilə tanış olub
24.04.2026 - 15:00 -
Qarabağ regionu üzrə təhsil işçiləri üçün “Antikorrupsiya davranış modelinin formalaşdırılması” mövzusunda təlim keçirilib
24.04.2026 - 14:00
