Respublika pedaqoji mühazirələrinə yekun vurulub
“Ümumi təhsildə keyfiyyət ili” çərçivəsində keçirilmiş respublika pedaqoji mühazirələrinə yekun vurulub. Pedaqoji mühazirələr 2 mərhələdə - rayon (şəhər) və ölkə mərhələləri üzrə təşkil edilib.
Pedaqoji mühazirələrin keçirilməsində əsas məqsəd ümumi təhsilin keyfiyyət göstəricilərinin yaxşılaşdırılması ilə bağlı aktual məsələlərə diqqəti artırmaq, təhsil işçilərinin bu barədə rəy və mülahizələrini öyrənmək, yaradıcı müəllim və məktəb rəhbərlərini aşkara çıxarmaq, qabaqcıl təcrübə nümunələrini təbliğ etmək və perspektiv üçün inkişafyönümlü təkliflər hazırlamaqdan ibarətdir.
Pedaqoji mühazirələrin rayon (şəhər) mərhələsində 1640 məruzə dinlənilib, onlardan 174-ü respublika turuna təqdim olunub. Həmin məruzələr mütəxəssis ekspertizasından keçirildikdən sonra 116 mühazirə yekun mərhələyə təqdim edilib. Ümumilikdə ölkə mərhələsi üzrə 14 bölmədə 113 mühazirə dinlənilib.
Yekun mərhələdə Təhsil Nazirliyinin birbaşa tabeliyindəki lisey və gimnaziyalar 17, Bakı şəhəri 10, Gəncə, Sumqayıt və Şirvan şəhərlərinin hər biri 3, respublikanın digər şəhər və rayonları 74 məruzəçi ilə təmsil olunub.
Pedaqoji mühazirələrdə fərqlənən müəllimlər, məktəb rəhbərləri, məsləhətçilər, psixoloqlar I, II, III dərəcəli diploma və tərifnaməyə layiq görülüb.
Respublika pedaqoji mühazirələrinin yekunları barədə Azərbaycan Respublikası təhsil nazirinin əmri
7 il əvvəl
Digər xəbərlər
-
“PAŞA Holding” və SOCAR İspaniyanın nüfuzlu IE Universiteti ilə Bakıda İnnovasiya Mərkəzinin yaradılmasına dair memorandum imzalayıb
28.04.2026 - 15:50 -
Füzuli şəhərində 1 nömrəli körpələr evi-uşaq bağçasının açılışı olub
24.04.2026 - 17:00 -
Nazir müavini Həsən Həsənli Şamaxıda müəllim və valideynlərlə görüşüb
24.04.2026 - 16:00 -
Aparat rəhbəri Tərtərdə təhsil müəssisələrinin fəaliyyəti ilə tanış olub
24.04.2026 - 15:00 -
Qarabağ regionu üzrə təhsil işçiləri üçün “Antikorrupsiya davranış modelinin formalaşdırılması” mövzusunda təlim keçirilib
24.04.2026 - 14:00
