Təhsil naziri Tvinninq layihəsi üzrə nümayəndə heyəti ilə görüşüb
İyulun 12-də təhsil naziri Ceyhun Bayramov Avropa Komissiyasının Tvinninq proqramının “Azərbaycanda ali təhsilin gücləndirilməsinə dəstək” layihəsinin idarəetmə komitəsinin ilk iclasında iştirak etmək üçün ölkəmizdə səfərdə olan Fransa, Litva və Latviyadan olan nümayəndə heyəti ilə görüşüb. Görüşdə hər üç ölkədən olan layihə rəhbərləri ilə yanaşı, həmin ölkələrin ali təhsil üzrə qısamüddətli ekspertləri də iştirak edib.
Görüşdə cari ilin aprel ayından icra olunan Tvinninq layihəsi çərçivəsində görülən işlər müzakirə olunub, layihənin həyata keçiriləcəyi iki il ərzində reallaşdırılması nəzərdə tutulan məsələlər barədə fikir mübadiləsi aparılıb.
7 il əvvəl
Digər xəbərlər
-
“PAŞA Holding” və SOCAR İspaniyanın nüfuzlu IE Universiteti ilə Bakıda İnnovasiya Mərkəzinin yaradılmasına dair memorandum imzalayıb
28.04.2026 - 15:50 -
Füzuli şəhərində 1 nömrəli körpələr evi-uşaq bağçasının açılışı olub
24.04.2026 - 17:00 -
Nazir müavini Həsən Həsənli Şamaxıda müəllim və valideynlərlə görüşüb
24.04.2026 - 16:00 -
Aparat rəhbəri Tərtərdə təhsil müəssisələrinin fəaliyyəti ilə tanış olub
24.04.2026 - 15:00 -
Qarabağ regionu üzrə təhsil işçiləri üçün “Antikorrupsiya davranış modelinin formalaşdırılması” mövzusunda təlim keçirilib
24.04.2026 - 14:00
