“Sərhəd” hərbi-idman oyunlarının yekunlarına həsr olunmuş tədbir keçirilib
Dövlət Sərhəd Xidmətinin Lənkəran şəhərində yerləşən sərhəd dəstəsində “Sərhəd” hərbi-idman oyunlarının yekunlarına həsr olunmuş tədbir keçirilib.
“Sərhəd” hərbi-idman oyunları Təhsil Nazirliyi, Dövlət Sərhəd Xidməti, Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə hər il ənənəvi olaraq respublikamızın sərhəd zonasında yerləşən ümumtəhsil məktəblərinin 10-cu sinif şagirdləri arasında təşkil edilir. Oyunların keçirilməsində əsas məqsəd gənc nəsli Vətənə hörmət ruhunda tərbiyə etmək, yaradıcı, düşünən, sağlam gənclər yetişdirmək və onlarda sərhədçi peşəsinə marağı artırmaqdır.
Oyunların nəticələrinə əsasən, I yeri Cəlilabad rayonu Ləkin kənd tam orta məktəbin “Ləkin” komandası, II yeri Qusar rayonu Zeyxur kənd tam orta məktəbin “Zeyxur” komandası, III yeri isə Beyləqan rayonu Araz qəsəbəsi 1 nömrəli tam orta məktəbin “Araz” komandası tutub.
Qaliblərə diplom, medal, kubok və qiymətli hədiyyələr təqdim olunub.
7 il əvvəl
Digər xəbərlər
-
“PAŞA Holding” və SOCAR İspaniyanın nüfuzlu IE Universiteti ilə Bakıda İnnovasiya Mərkəzinin yaradılmasına dair memorandum imzalayıb
28.04.2026 - 15:50 -
Füzuli şəhərində 1 nömrəli körpələr evi-uşaq bağçasının açılışı olub
24.04.2026 - 17:00 -
Nazir müavini Həsən Həsənli Şamaxıda müəllim və valideynlərlə görüşüb
24.04.2026 - 16:00 -
Aparat rəhbəri Tərtərdə təhsil müəssisələrinin fəaliyyəti ilə tanış olub
24.04.2026 - 15:00 -
Qarabağ regionu üzrə təhsil işçiləri üçün “Antikorrupsiya davranış modelinin formalaşdırılması” mövzusunda təlim keçirilib
24.04.2026 - 14:00
