Azərbaycan Respublikasının rəsmi dövlət platforması
Rəsmi vebsaytları necə tanımaq olar?
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.
Dövlət qurumları .gov.az domeni (məsələn, edu.gov.az) vasitəsilə əlaqə qurur.
Rəsmi vebsaytların siyahısı
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
  • Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

“Qavaldaş” uşaq və gənclərin Respublika müsabiqəsinin final mərhələsi

Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşəbbüsü ilə ilk dəfə olaraq “Qavaldaş” zərb çalğı alətlərinin müxtəlif növlərində ifa üzrə uşaq və gənclərin Respublika festival-müsabiqəsinin final mərhələsi keçirilib.

Festival-müsabiqənin keçirilməsində əsas məqsəd uşaq və gənclərin milli-mənəvi ruhda inkişafı, onların istedadlarının üzə çıxarılması, zərb çalğı alətlərinin müxtəlif növlərinin təbliği, Azərbaycanın milli ritm sənətinin layiqincə təmsili, xalqımızın musiqi alətlərinin və mədəni irsinin qorunması, musiqi mədəniyyətinin inkişafının təmin edilməsi və bu sahədə gənc nəslin bilik və bacarıqlarının genişləndirilməsindən ibarətdir.

Mart ayında keçirilən yarımfinal mərhələsində Quba, İsmayıllı, Salyan, Masallı, Abşeron  rayonlarını və Bakı şəhərini təmsil edən 100 nəfərədək nağaraçalanlar qrupları cıxış ediblər. Final mərhələyə yarımfinalda keçid balını toplayan, zərb alətlərinin müxtəlif növlərində ifa edən kollektivlər və solo ifaçılar buraxılıb.

Müsabiqənin final mərhələsində İsmayıllı, Salyan, Abşeron rayonlarını və Bakı şəhərini təmsil edən nağaraçalanlardan ibarət qruplar cıxış ediblər. Üç yaş qrupunda 50 nəfərədək uşaq və gənc solo və kollektiv ifaları ilə tamaşaçılara milli zərb alətlərinin əsrarəngiz ritmlərini ustalıqla nümayiş etdiriblər.

“Qavaldaş” Respublika festival-müsabiqəsinin final mərhələsi Quba rayonunun Nügədi kəndində keçirilib. İki günlük festival-müsabiqənin birinci günündə iştirakçılara peşəkar müəllimlər tərəfindən ustad dərsləri verilib, müsabiqənin ikinci günü isə açıq havada təntənəli final mərhələsi ilə yekunlaşıb.

Müsabiqədə kollektiv nominasiya üzrə 1-ci yerə 9 saylı Uşaq Musiqi Məktəbi, 2-ci yerə Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi və 3-cü yerə İsmayıllı rayon Uşaq-Gənclər İnkişaf Mərkəzi layiq görülüb. Solo nominasiya üzrə isə “Qran-pri” mükafatına Murad Nağızadə, 1-ci yerə Şükran Mirsalahov, 2-ci yerə Yusif Rüstəmov və 3-cü yerə Kənan İmanov layiq görülüb.

Qaliblər diplom və kubokla, digər bütün iştirakçılar isə sertifikatlarla təltif olunub.


7 il əvvəl