Respublika fənn müsabiqələrinin final mərhələsi keçirilib
Ümumi təhsil məktəblərinin VI-VII sinif şagirdləri arasında IV Respublika fənn müsabiqələrinin final mərhələsi keçirilib.
Fənn müsabiqələri riyaziyyat, fizika, kimya, biologiya və informatika fənləri üzrə keçirilib. Fənn müsabiqələrinin keçirilməsinin əsas məqsədi istedadlı uşaqların aşkar olunması, şagirdlər arasında sağlam rəqabət mühitinin yaradılması, aşağı sinif şagirdlərinin müxtəlif fənlərə olan marağının artırılması, onlarla məqsədyönlü işlərin aparılması və olimpiadalara hazırlıq mərkəzlərinə cəlb olunacaq şagirdlərin müəyyən edilməsindən ibarətdir.
Beynəlxalq olimpiadalara hazırlıq mərkəzləri olan Fizika, riyaziyyat və informatika təmayüllü lisey, Kimya-biologiya təmayüllü lisey və Sumqayıt şəhəri Təbiət elmləri təmayüllü gimnaziyada təşkil edilən final mərhələdə 1368 şagird iştirak edib.
Final mərhələdə şagirdlərə fənlərə müvafiq tapşırıqlarla bərabər, qeyri-standart düşüncə, analiz etmə qabiliyyəti tələb edən tapşırıqlar da təqdim edilib.
Qeyd edək ki, müsabiqənin birinci mərhələsində18 000-ə yaxın şagird iştirak edib.
Fənn müsabiqələrinin final mərhələsinin nəticələri iyulun 6-dək www.olimpiada.edu.az saytında elan ediləcək.
7 il əvvəl
Digər xəbərlər
-
“PAŞA Holding” və SOCAR İspaniyanın nüfuzlu IE Universiteti ilə Bakıda İnnovasiya Mərkəzinin yaradılmasına dair memorandum imzalayıb
28.04.2026 - 15:50 -
Füzuli şəhərində 1 nömrəli körpələr evi-uşaq bağçasının açılışı olub
24.04.2026 - 17:00 -
Nazir müavini Həsən Həsənli Şamaxıda müəllim və valideynlərlə görüşüb
24.04.2026 - 16:00 -
Aparat rəhbəri Tərtərdə təhsil müəssisələrinin fəaliyyəti ilə tanış olub
24.04.2026 - 15:00 -
Qarabağ regionu üzrə təhsil işçiləri üçün “Antikorrupsiya davranış modelinin formalaşdırılması” mövzusunda təlim keçirilib
24.04.2026 - 14:00
