Təhsil naziri Britaniya Şurasının Azərbaycan Nümayəndəliyinin rəhbərliyi ilə görüşüb
İyunun 28-də təhsil naziri Ceyhun Bayramov fəaliyyətinin başa çatması münasibətilə Britaniya Şurasının Azərbaycan Nümayəndəliyinin direktoru xanım Elizabet Uayt və Azərbaycan Nümayəndəliyinin yeni təyin olunmuş direktoru Samr Şah ilə görüşüb.
Görüşdə Təhsil Nazirliyi və Britaniya Şurası arasında təhsil sahəsində mövcud olan əlaqələrin cari vəziyyəti və yüksək inkişafı haqqında danışılıb. Nazir, xanım direktorun ölkəmizdəki fəaliyyətini yüksək qiymətləndirib və ona öz təşəkkürünü bildirib. Xanım Uayta Azərbaycanda təhsilin inkişafındakı xidmətlərinə və Azərbaycan – Böyük Britaniya təhsil əlaqələrinin genişləndirilməsinə verdiyi töhfələrə görə Təhsil Nazirliyinin Fəxri fərmanı təqdim edilib.
Öz növbəsində Elizabet Uayt Azərbaycandan xoş təəssüratlarla ayrıldığını qeyd edib və ölkəmizdəki fəaliyyəti dövründə ona göstərdiyi dəstəyə görə nazir Ceyhun Bayramova minnətdarlığını bildirib.
Sonda nazir Samr Şaha ölkəmizdəki və Elizabet Uayta gələcək fəaliyyətində uğurlar arzu edib.
7 il əvvəl
Digər xəbərlər
-
“PAŞA Holding” və SOCAR İspaniyanın nüfuzlu IE Universiteti ilə Bakıda İnnovasiya Mərkəzinin yaradılmasına dair memorandum imzalayıb
28.04.2026 - 15:50 -
Füzuli şəhərində 1 nömrəli körpələr evi-uşaq bağçasının açılışı olub
24.04.2026 - 17:00 -
Nazir müavini Həsən Həsənli Şamaxıda müəllim və valideynlərlə görüşüb
24.04.2026 - 16:00 -
Aparat rəhbəri Tərtərdə təhsil müəssisələrinin fəaliyyəti ilə tanış olub
24.04.2026 - 15:00 -
Qarabağ regionu üzrə təhsil işçiləri üçün “Antikorrupsiya davranış modelinin formalaşdırılması” mövzusunda təlim keçirilib
24.04.2026 - 14:00
