"Sağlam təhsil-sağlam millət" layihəsi üzrə mükafatlandırılma mərasimi
İyunun 28-də Təhsil Nazirliyində "Sağlam təhsil - sağlam millət" layihəsi üzrə fəaliyyət göstərən müəllimlərin və bir qrup əməkdaşın mükafatlandırılması mərasimi keçirilib.
Tədbirdə təhsil nazirinin müavini Firudin Qurbanov, layihənin rəhbəri Şamil Süleymanlı və KİV nümayəndələri iştirak edib.
Tədbiri giriş sözü ilə açan "Sağlam təhsil - sağlam millət" layihəsinin rəhbəri Şamil Süleymanov layihənin əhəmiyyətindən danışıb, bu istiqamətdə görülən işləri vurğulayıb.
Bildirilib ki, hazırda Bakı və Sumqayıt şəhərlərində 38 məktəbin 168 sinfində “Sağlam təhsil - sağlam millət" layihəsi tətbiq edilir. İl ərzində 3 dəfə olmaqla “Sağlam təhsil” siniflərinin müəllimlərinə tibbi-gigiyenik, pedaqoji, psixoloji, sosioloji təlimlər keçirilib. Şagirdlərin sosiallaşma bacarıqlarının artırılması məqsədi ilə müxtəlif tədbirlər təşkil edilib. Eyni zamanda Təhsil İnstitutunun və Azərbaycan Tibb Universitetinin mütəxəssis heyəti tərəfindən “Sağlam təhsil” siniflərində monitorinqlər aparılıb.
Təhsil nazirinin müavini Firudin Qurbanov layihə iştirakçılarını təbrik edib, layihənin məqsədinin fiziki-psixi və mənəvi sağlam, yüksək təlim və yaradıcılıq nailiyyətlərinə malik Azərbaycan vətəndaşının, qlobal dünyaya hazır olan nəslin yetişdirilməsi olduğunu diqqətə çatdırıb. Təhsil Nazirliyinin müvafiq layihə çərçivəsində əhəmiyyətli işlər həyata keçirdiyindən danışan nazir müavini qeyd edib ki, tədris prosesində akademik biliklərin əldə edilməsi heç bir şəkildə gənc nəslin, şagirdlərin sağlamlığı hesabına baş verməməlidir. Bu isə layihənin kökündə duran əsas məramdır.
Firudin Qurbanov bildirib ki, “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda təhsilin keyfiyyətinə və əhatəliliyinə qoyulan yeni tələblər təhsil sistemi anlayışına baxışı da yeniləyib. Dəyişən dünyada tədris prosesi də dəyişilməli və inkişaf etməlidir. “Sağlam təhsil-sağlam millət” layihəsi də gənc nəslin bu dəyişikliklərə daha hazırlıqlı olması zərurətindən irəli gəlib.
Tədbirin sonunda 16 nəfər ibtidai sinif müəlliminə, layihənin pedaqoji, tibbi-gigiyena, psixologiya, sosiologiya blokunun nümayəndələrinə “Azərbaycan Respublikası Təhsil Nazirliyinin Təşəkkürnaməsi” təqdim edilib.
7 il əvvəl
Digər xəbərlər
-
“PAŞA Holding” və SOCAR İspaniyanın nüfuzlu IE Universiteti ilə Bakıda İnnovasiya Mərkəzinin yaradılmasına dair memorandum imzalayıb
28.04.2026 - 15:50 -
Füzuli şəhərində 1 nömrəli körpələr evi-uşaq bağçasının açılışı olub
24.04.2026 - 17:00 -
Nazir müavini Həsən Həsənli Şamaxıda müəllim və valideynlərlə görüşüb
24.04.2026 - 16:00 -
Aparat rəhbəri Tərtərdə təhsil müəssisələrinin fəaliyyəti ilə tanış olub
24.04.2026 - 15:00 -
Qarabağ regionu üzrə təhsil işçiləri üçün “Antikorrupsiya davranış modelinin formalaşdırılması” mövzusunda təlim keçirilib
24.04.2026 - 14:00
