Təhsil naziri Ceyhun Bayramovun məzunlara təbriki
Əziz məzunlar!
Sizi, müəllim və valideynlərinizi bu unudulmaz gün münasibəti ilə ölkəmizin bütün təhsil işçiləri və şəxsən öz adımdan təbrik edir, ən xoş arzularımı bildirirəm!
Siz bu gündən həyatınızın tamamilə yeni dövrünə qədəm qoyursunuz. Ciddi qərarlar qəbul etmək, peşə seçimini dəqiqləşdirmək astanasındasınız. Seçəcəyiniz yol həyatınızın böyük hissəsini müəyyən edəcəkdir. Məktəbdə öyrəndiyiniz bilik və bacarıqlar, fəal vətəndaş mövqeyi və dəyərlər bu yolda sizə zəruri dəstək verəcək.
Əminəm ki, Siz özünütəsdiq inamınızla arzuladığınız gələcəyi quracaq, ölkəmizin adına layiq vətəndaş və mütəxəssis olacaqsınız.
Əziz məzunlar!
Cənab Prezidentimizin qeyd etdiyi kimi, zaman bizə tarixin ən güclü Azərbaycanında yaşamaq xoşbəxtliyini nəsib edib. Güclü Azərbaycanı müasir düşüncəli, milli ruhlu, əməksevər vətəndaşlar yaşadır və irəli aparır. Ömürboyu öyrənmə yanaşması, səmərəli ünsiyyət və əməkdaşlıq bacarıqları olan, Vətən sevgisi ilə yaşayan gənclərimiz bizim qızıl insan kapitalımızdır.
Sizin hər biriniz Azərbaycan üçün dəyərli və əvəzolunmazsınız!
Həyatınızın yeni mərhələsində sizə uğurlar arzulayıram!
7 il əvvəl
Digər xəbərlər
-
“PAŞA Holding” və SOCAR İspaniyanın nüfuzlu IE Universiteti ilə Bakıda İnnovasiya Mərkəzinin yaradılmasına dair memorandum imzalayıb
28.04.2026 - 15:50 -
Füzuli şəhərində 1 nömrəli körpələr evi-uşaq bağçasının açılışı olub
24.04.2026 - 17:00 -
Nazir müavini Həsən Həsənli Şamaxıda müəllim və valideynlərlə görüşüb
24.04.2026 - 16:00 -
Aparat rəhbəri Tərtərdə təhsil müəssisələrinin fəaliyyəti ilə tanış olub
24.04.2026 - 15:00 -
Qarabağ regionu üzrə təhsil işçiləri üçün “Antikorrupsiya davranış modelinin formalaşdırılması” mövzusunda təlim keçirilib
24.04.2026 - 14:00
