Peşə təhsili üzrə beynəlxaq təcrübə öyrənilir
Almaniyada işgüzar səfərdə olan Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Famil Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyəti səfər şərçivəsində Bonn şəhərində yerləşən Almaniya Federal Peşə Təhsili və Təlimi İnstitutunun (BİBB) nümayəndələri ilə görüşüb. Görüş zamanı Almaniyada peşə təhsili sisteminin xüsusiyyətləri və Federal İnstitut ilə agentlik arasında əməkdaşlıq imkanları müzakirə edilib.
Nümayəndə heyəti həmçinin kənd təsərrüfatı istiqamətində ixtisaslaşan DEULA model müəssisəsinə səfər edib. Görüşdə adıçəkilən müəssisənin işəgötürənlər, peşə təhsil müəssisələri və sosial partnyorlarla əməkdaşlığı, həmçinin informal və qeyri-formal yollarla əldə edilmiş səriştələrin tanınması mexanizmi müzakirə edilib. Bununla yanaşı, Almaniya və digər qonşu ölkələrin bu sahədə təcrübəsinin təqdimatı keçirilib.
Daha sonra kənd təsərrüfatı sahəsində peşə təhsili üzrə İsveçrə təcrübəsinin öyrənilməsi məqsədi ilə Lindau şəhərində yerləşən “Strickhof” peşə təhsil müəssisəsində olan agentliyin əməkdaşları yeni yaradılan təhsil müəssisəsində ixtisasların nəzəri və praktiki tədrisi və müvafiq sahələrdə tədqiqatın aparılması ilə yaxından tanış olublar.
Səfər Avropa İttifaqı tərəfindən maliyyələşdirilən və Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının dəstəyi ilə icra olunan layihə çərçivəsində baş tutub.
7 il əvvəl
Digər xəbərlər
-
Füzuli şəhərində 1 nömrəli körpələr evi-uşaq bağçasının açılışı olub
24.04.2026 - 17:00 -
Nazir müavini Həsən Həsənli Şamaxıda müəllim və valideynlərlə görüşüb
24.04.2026 - 16:00 -
Aparat rəhbəri Tərtərdə təhsil müəssisələrinin fəaliyyəti ilə tanış olub
24.04.2026 - 15:00 -
Qarabağ regionu üzrə təhsil işçiləri üçün “Antikorrupsiya davranış modelinin formalaşdırılması” mövzusunda təlim keçirilib
24.04.2026 - 14:00 -
Elm və təhsil naziri “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb
24.04.2026 - 11:00
