Peşə təhsil müəssisələrinin şagirdlərinə sertifikatlar təqdim olunub
Peşə təhsili müəssisələrinin “NORM” MMC-nin sement zavodunda istehsalat təcrübəsi keçən şagirdlərinə və onların istehsalat təlimi ustalarına sertifikatların təqdim olunması mərasimi keçirilib.
Tədbirdə “NORM” MMC-nin baş icraçı direktoru Henning Sasse istehsalat təcrübəsini başa vuran şagirdləri təbrik edərək layihənin uğurla həyata keçirildiyini diqqətə çatdırıb. Bildirilib ki, bu layihə yeni bacarıqlara malik gənclərin, uğurlu kadrların işlə təminatına xidmət edir.
Tədbirdə çıxış edən Peşə Təhsili üzrə Dövlət Agentliyinin, adıçəkilən peşə təhsili müəssisələrinin nümayəndələri biznes və təhsil sistemləri arasında qarşılıqlı əməkdaşlığın vacibliyini vurğulayıblar.
Sonra təcrübə keçən 28 nəfər şagirdə və 2 istehsalat təlim ustasına sertifikatlar təqdim edilib.
Gələcəkdə də bu sahə üzrə ixtisaslaşmış digər peşə təhsili müəssisələrinin müvafiq layihə üzrə təcrübədən faydalanması nəzərdə tutulur.
Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyi və “NORM” MMC arasında bağlanmış anlaşma memorandumuna uyğun olaraq Tikinti və Quraşdırma İşləri üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin, Dəniz Nəqliyyatı, Gəmiqayırma və Liman İşləri üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin təhsilalanları fevralın 2-dən mayın 31-dək “NORM” MMC–də istehsalat təcrübəsi keçiblər.
7 il əvvəl
Digər xəbərlər
-
Füzuli şəhərində 1 nömrəli körpələr evi-uşaq bağçasının açılışı olub
24.04.2026 - 17:00 -
Nazir müavini Həsən Həsənli Şamaxıda müəllim və valideynlərlə görüşüb
24.04.2026 - 16:00 -
Aparat rəhbəri Tərtərdə təhsil müəssisələrinin fəaliyyəti ilə tanış olub
24.04.2026 - 15:00 -
Qarabağ regionu üzrə təhsil işçiləri üçün “Antikorrupsiya davranış modelinin formalaşdırılması” mövzusunda təlim keçirilib
24.04.2026 - 14:00 -
Elm və təhsil naziri “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb
24.04.2026 - 11:00
