Peşə təhsili sahəsində Almaniya təcrübəsi öyrənilir
Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Famil Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyəti Almaniya Federativ Respublikasında işgüzar səfərdədir.
Səfərin əsas məqsədi Almaniyada peşə təhsili sistemi, informal və qeyri-formal yollarla əldə edilmiş səriştələrin tanınması mexanizmi ilə tanış olmaqdan ibarətdir.
Səfərin ilk günü iş yerində təcrübə proqramında iştirak edən, kənd təsərrüfatı istiqamətində ixtisaslaşan "Alber Buhler - Green Professions" şirkəti, eləcə də xidmət və səhiyyə sahəsi üzrə fəaliyyət göstərən "August Flemming" peşə təhsil mərkəzində görüşlər keçirilib. Görüşlərdə Almaniyada işləyərək öyrənmə təcrübəsi, peşə təhsil müəssisələrinin maddi-texniki bazasına və infrastrukturuna qoyulan tələblər müzakirə edilib.
Səfərin ikinci günü Baden Vürttemberq əyalətinin Təhsil, Gənclər və İdman Nazirliyində və Azərbaycan Respublikasının Ştutqard şəhərindəki fəxri konsulluğunda görüşlər keçirilib, peşə təhsili sahəsində iki ölkə arasında əməkdaşlıq imkanları, eləcə də birgə layihələrin həyata keçirilməsi perspektivləri müzakirə olunub.
Təlim səfəri Avropa İttifaqının qrantı ilə maliyyələşən "Gəncədə Sənaye üzrə Regional Peşə Kompetensiya Mərkəzinin Yaradılmasına Dəstək" layihəsi çərçivəsində baş tutub.
7 il əvvəl
Digər xəbərlər
-
Füzuli şəhərində 1 nömrəli körpələr evi-uşaq bağçasının açılışı olub
24.04.2026 - 17:00 -
Nazir müavini Həsən Həsənli Şamaxıda müəllim və valideynlərlə görüşüb
24.04.2026 - 16:00 -
Aparat rəhbəri Tərtərdə təhsil müəssisələrinin fəaliyyəti ilə tanış olub
24.04.2026 - 15:00 -
Qarabağ regionu üzrə təhsil işçiləri üçün “Antikorrupsiya davranış modelinin formalaşdırılması” mövzusunda təlim keçirilib
24.04.2026 - 14:00 -
Elm və təhsil naziri “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb
24.04.2026 - 11:00
