“eTwinning Plus” layihəsi çərçivəsində tədbir
Türkiyənin İstanbul şəhərində və İtaliyanın Roma şəhərində “eTwinning Plus” layihəsi çərçivəsində bir sıra tədbirlər keçirilib.
Tədbirlərin keçirilməsi XXI əsr bacarıqları, kompüter elmlərinin tədrisi, layihə əsaslı təhsil mövzusunda müzakirələrin edilməsi və bu sahədə təcrübə mübadiləsinin aparılması məqsədi daşıyıb.
Türkiyənin İstanbul şəhərində keçirilən seminarda Sumqayıt şəhər 26 nömrəli tam orta məktəbin müəllimi Könül Qaffarova, İsmayıllı rayon 1 nömrəli tam orta məktəbin müəllimi Bahar Abdullayeva və Leyla Babayeva, İtaliyanın Roma şəhərində keçirilən konfransda isə Bakı Avropa Liseyinin direktoru Aygün Mikayılova və Sumqayıt şəhər Təfəkkür liseyinin direktoru Qönçə Səftərova iştirak edib.
Qeyd edək ki, “eTwinning Plus” layihəsi çərçivəsində Azərbaycandan indiyədək 244 məktəbdən 660 müəllimin iştirakı ilə 742 təhsil layihəsi həyata keçirilib. Eyni zamanda “eTwinning Plus” layihəsində iştirak edən müəllimlərin pedaqoji bilik və bacarıqlarının artırılması məqsədi ilə onlayn təlimlər, Avropanın müxtəlif ölkələrində seminar və konfranslar təşkil olunur və layihəyə üzv müəllimlər burada iştirak edir. Bu layihə Azərbaycanda 2016-cı ildən etibarən Təhsil Nazirliyi nəzdində Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsi tərəfindən reallaşdırılır.
7 il əvvəl
Digər xəbərlər
-
Füzuli şəhərində 1 nömrəli körpələr evi-uşaq bağçasının açılışı olub
24.04.2026 - 17:00 -
Nazir müavini Həsən Həsənli Şamaxıda müəllim və valideynlərlə görüşüb
24.04.2026 - 16:00 -
Aparat rəhbəri Tərtərdə təhsil müəssisələrinin fəaliyyəti ilə tanış olub
24.04.2026 - 15:00 -
Qarabağ regionu üzrə təhsil işçiləri üçün “Antikorrupsiya davranış modelinin formalaşdırılması” mövzusunda təlim keçirilib
24.04.2026 - 14:00 -
Elm və təhsil naziri “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb
24.04.2026 - 11:00
