Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş yarış
SABAH qrupları və “Veysəloğlu” Şirkətlər Qrupunun birgə təşkilatçılığı, Təhsil Nazirliyinin tərəfdaşlığı ilə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunmuş universitetlərarası “Nə? Harada? Nə zaman?” intellektual yarışı keçirilib.
Turnirdə 10 ali təhsil müəssisəsində 20 komanda olmaqla ümumilikdə 120 tələbə mübarizə aparıb. Gərgin mübarizə şəraitində keçən “Nə? Harada? Nə zaman?” intellektual yarışın qalibi Bakı Mühəndislik Universitetini təmsil edən “Promotey” komandası olub.
İkinci yeri Azərbaycan Dillər Universitetinin “Fenomen” komandası, üçüncü yeri isə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin “Fətəlity” komandaları qazanıb.
Qaliblərə sertifikatlar, medallar və kubok təqdim edilib, həmçinin “Teas Press” Nəşriyyat evindən bestseller kitablar hədiyyə olunub. Bundan başqa turnirin çempionu “Promotey” komandası 2500 AZN, ikinci yerin sahibi “Fenomen” komandası 1500 AZN, üçüncü yerə layiq görülən “Fətəlity” isə “Veysəloğlu” Şirkətlər Qrupu tərəfindən 1000 AZN pul mükafatı ilə təltif olunub.
7 il əvvəl
Digər xəbərlər
-
Füzuli şəhərində 1 nömrəli körpələr evi-uşaq bağçasının açılışı olub
24.04.2026 - 17:00 -
Nazir müavini Həsən Həsənli Şamaxıda müəllim və valideynlərlə görüşüb
24.04.2026 - 16:00 -
Aparat rəhbəri Tərtərdə təhsil müəssisələrinin fəaliyyəti ilə tanış olub
24.04.2026 - 15:00 -
Qarabağ regionu üzrə təhsil işçiləri üçün “Antikorrupsiya davranış modelinin formalaşdırılması” mövzusunda təlim keçirilib
24.04.2026 - 14:00 -
Elm və təhsil naziri “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb
24.04.2026 - 11:00
