"ASAN Peşə" Təhsil Mərkəzi ilə tanışlıq
Mayın 24-də Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin rəhbərliyi və Avropa İttifaqının nümayəndə heyəti Mingəçevir şəhərinə səfər edib.
Səfər çərçivəsində Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov ilə görüş keçirilib və burada peşə təhsilinin gələcək inkişaf perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb.
Sonra nümayəndə heyəti Mingəçevir şəhərində fəaliyyət göstərən Peşə Məktəbinə gəlib, məktəbin kollektivi, infrastrukturu və maddi-texniki bazası ilə tanış olub.
Daha sonra "ASAN Həyat" kompleksinə daxil olan və gələn tədris ilində fəaliyyətə başlayacaq "ASAN Peşə" Təhsil Mərkəzinə baxış keçirilib.
"ASAN Peşə" Təhsil Mərkəzi müasir tələblərə cavab verən bütün növ zəruri avadanlıq, təlim və tədris vəsaitləri ilə təchiz olunub. Layihəyə uyğun olaraq, "ASAN Peşə" Təhsil Mərkəzində 4 istiqamət - elektrik, mexanik, santexnik, tikişçi ixtisasları üzrə tədris aparılacaq.
7 il əvvəl
Digər xəbərlər
-
Füzuli şəhərində 1 nömrəli körpələr evi-uşaq bağçasının açılışı olub
24.04.2026 - 17:00 -
Nazir müavini Həsən Həsənli Şamaxıda müəllim və valideynlərlə görüşüb
24.04.2026 - 16:00 -
Aparat rəhbəri Tərtərdə təhsil müəssisələrinin fəaliyyəti ilə tanış olub
24.04.2026 - 15:00 -
Qarabağ regionu üzrə təhsil işçiləri üçün “Antikorrupsiya davranış modelinin formalaşdırılması” mövzusunda təlim keçirilib
24.04.2026 - 14:00 -
Elm və təhsil naziri “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb
24.04.2026 - 11:00
