“100 illik tariximiz” adlı rəsm layihəsi
Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibəti ilə Təhsil Nazirliyinin 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin “100 illik tariximiz” adlı rəsm layihəsi təqdim olunub.
Tədbir Azərbaycan Xalq Cümhuriyyətinin tarixi, onun qurucularının dövlətçilik tarixində göstərdikləri misilsiz xidmətlər barədə uşaqların əldə etdikləri bilikləri təkmilləşdirmək, gənc nəsli vətənpərvər ruhda tərbiyə etmək, istedadlı uşaq və gəncləri üzə çıxarmaq məqsədi daşıyıb.
Tədbirdə mərkəzin əməkdaşları Nərmin Abdullayevanın rəhbərlik etdiyi “Palitra” və Könül Orucovanın rəhbərlik etdiyi “Buta” dizayn studiyasının gənc rəssamları taxtadan hazırlanmış “Nar” fiqurlarının və böyük “Nar” maketinin üzərində Azərbaycanın 100 il ərzində keçdiyi şərəfli tarixi yolu, ölkəmizin əldə etdiyi nailiyyətləri əks etdirən rəsmlər çəkiblər. Rəna Kərimovanın rəhbərlik etdiyi “Gənc dizayner” dərnəyinin üzvləri isə milli üslubda taxtadan hazırlanmış şəbəkələri rənglərlə bəzəyiblər.
Sonda mərkəzin dərnək üzvləri mahnı və rəqs ifa ediblər.
7 il əvvəl
Digər xəbərlər
-
Füzuli şəhərində 1 nömrəli körpələr evi-uşaq bağçasının açılışı olub
24.04.2026 - 17:00 -
Nazir müavini Həsən Həsənli Şamaxıda müəllim və valideynlərlə görüşüb
24.04.2026 - 16:00 -
Aparat rəhbəri Tərtərdə təhsil müəssisələrinin fəaliyyəti ilə tanış olub
24.04.2026 - 15:00 -
Qarabağ regionu üzrə təhsil işçiləri üçün “Antikorrupsiya davranış modelinin formalaşdırılması” mövzusunda təlim keçirilib
24.04.2026 - 14:00 -
Elm və təhsil naziri “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb
24.04.2026 - 11:00
