“Yaşıl şəbəkə” - III Ekoloji Forumu keçirilib
Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi tərəfindən “Yaşıl şəbəkə”- “Ekoklub” üzvlərinin III Ekoloji Forumu keçirilib.
Bakı Dövlət Universitetinin Ekologiya və torpaqşünaslıq fakültəsinin dəstəyi ilə universitetin akt zalında keçirilmiş forumda Bakı şəhəri üzrə 40 ümumi təhsil müəssisəsində fəaliyyət göstərən 2000 “Ekoklub” üzvü arasından seçilmiş 400 məktəbli iştirak edib.
“Yaşıl şəbəkə” devizi altında keçirilən III Ekoloji Forumun əsas məqsədi gənclərin ekoloji hərəkatının və “Ekoklub”lar şəbəkəsinin genişləndirilməsi, məktəblilərin ekoloji biliklərinin artırılması, onlarda ekoloji mədəniyyətin və ətraf mühitin qorunması sahəsində xüsusi bacarıqların formalaşmasından ibarət olub.
Forum çərçivəsində “Ekoklub” liderlərinin illik hesabatı dinlənilib, yeni fəaliyyət planları müzakirə edilib və flashmob təşkil olunub.
Qeyd edək ki, Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər Mərkəzinin təşəbbüsü ilə 2016-cı ildən etibarən hər il “Ekoklub” üzvlərinin ekoloji forumları keçirilir.
III Ekoloji Forum, ilk dəfə 1923-cu ildə Bakıda “Təbiəti sevənlər” dərnəyinin yaradılması ilə başlanan gənc təbiətçilər hərəkatının 95 illiyinə həsr olunub. Təhsil Nazirliyinin Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzinin təşəbbüsü ilə 2015-ci ilin sentyabr ayından Bakı şəhərinin ümumtəhsil məktəblərində yaradılan ekoloji klublarda müasir innovativ təlim texnologiyaları tətbiq olunmaqla yeni ekoloji modul təhsil proqramları tədris edilib. “Ekoklub” üzvləri ekologiyanın əsaslarını öyrənərək, ətraf mühitin qorunması və təbii resursların davamlı istifadəsi sahəsində xüsusi bilik və bacarıqlara yiyələniblər.
7 il əvvəl
Digər xəbərlər
-
Füzuli şəhərində 1 nömrəli körpələr evi-uşaq bağçasının açılışı olub
24.04.2026 - 17:00 -
Nazir müavini Həsən Həsənli Şamaxıda müəllim və valideynlərlə görüşüb
24.04.2026 - 16:00 -
Aparat rəhbəri Tərtərdə təhsil müəssisələrinin fəaliyyəti ilə tanış olub
24.04.2026 - 15:00 -
Qarabağ regionu üzrə təhsil işçiləri üçün “Antikorrupsiya davranış modelinin formalaşdırılması” mövzusunda təlim keçirilib
24.04.2026 - 14:00 -
Elm və təhsil naziri “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb
24.04.2026 - 11:00
