V beynəlxalq xoreoqrafiya festivalında uğur əldə olunub
Təhsil Nazirliyinin tabeliyində olan 2 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin dərnək üzvləri Gürcüstan Respublikasının paytaxtı Tbilisi şəhərində keçirilən tanınmış rəqqas və baletmeyster Vaxtanq Çabukiani adına V beynəlxalq xoreoqrafiya festivalında iştirak edib.
10 ölkənin iştirak etdiyi festivala 7-11, 12-16 və 17-20 yaş qrupları üzrə rəqqaslar qatılıb.
Festival iştirakçılarının çıxışlarının qiymətləndirməsi beynəlxalq səviyyəli münsiflər heyəti tərəfindən aparılıb.
2 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi festivalda “Təbəssüm” və “Xarı bülbül” rəqs qrupları ilə təmsil olunub. Dərnək üzvləri “Folklor” nominasiyası üzrə “Şənlik” və “Bayram” rəqsləri ilə çıxış edərək “Qızıl kubok” qazanıb və festivalın laureatı adına layiq görülüblər.
Festival çərçivəsində Gürcüstanın Xoreoqrafiya Assosiasiyasının vitse-prezidenti, Gürcüstan Dövlət İncəsənət Universitetinin kafedra müdiri, məşhur xoreoqraf Natalya Diqmelaşvili uşaqlara ustad dərsləri keçərək gürcü rəqsləri haqqında məlumat verib.
8 il əvvəl
Digər xəbərlər
-
Füzuli şəhərində 1 nömrəli körpələr evi-uşaq bağçasının açılışı olub
24.04.2026 - 17:00 -
Nazir müavini Həsən Həsənli Şamaxıda müəllim və valideynlərlə görüşüb
24.04.2026 - 16:00 -
Aparat rəhbəri Tərtərdə təhsil müəssisələrinin fəaliyyəti ilə tanış olub
24.04.2026 - 15:00 -
Qarabağ regionu üzrə təhsil işçiləri üçün “Antikorrupsiya davranış modelinin formalaşdırılması” mövzusunda təlim keçirilib
24.04.2026 - 14:00 -
Elm və təhsil naziri “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb
24.04.2026 - 11:00
