“Qavaldaş” uşaq və gənclərin Respublika müsabiqəsinin yarımfinal mərhələsi keçirilib
Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşəbbüsü ilə respublikada ilk dəfə olaraq “Qavaldaş” zərb çalğı alətlərinin müxtəlif növlərində ifa - uşaq və gənclərin Respublika festival-müsabiqəsi keçirilir.
Festival-müsabiqənin keçirilməsində əsas məqsəd uşaq və gənclərin milli-mənəvi ruhda inkişafı, onların istedadlarının üzə çıxarılması, zərb çalğı alətlərinin müxtəlif növlərinin təbliği, Azərbaycanın milli ritm sənətinin layiqincə təmsili, xalqımızın musiqi alətlərinin və mədəni irsinin qorunması, musiqi mədəniyyətinin inkişafının təmin edilməsi və bu sahədə gənc nəslin bilik və bacarıqlarının genişləndirilməsi və artırılmasından ibarətdir.
Festival-müsabiqənin iştirakçıları yarımfinal mərhələsində münsiflər heyətinin qiymətləndirilməsindən keçib, daha sonra İçərişəhərdə Qoşa Qala qapısı meydanında təşkil olunmuş “Bahar Qalası” şənliyində çıxış ediblər.
Bu mərhələdə Quba, Qəbələ, İsmayıllı, Şəki, Salyan, Masallı rayonlarını və Bakı şəhərini təmsil edən nağaraçalanlar qrupları cıxış ediblər. Üç yaş qrupunda 100 nəfərədək uşaq və gənclər solo və kollektiv ifaları ilə tamaşaçılara milli zərb alətlərinin əsrarəngiz ritmlərini ustalıqla nümayiş etdiriblər.
Yarımfinal mərhələnin münsiflər heyətində tanınmış nağara müəllimləri - Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetindən Təhmasib Məmmədov, Azərbaycan Dövlət Rəqs Ansamblından Ceyhun Babayev, Bakı Xoreoqrafiya Akademiyasından Azər Məlikov və Fikrət Əmirov adına 6 saylı İncəsənət məktəbindən Cəfər Həsənov təmsil olunub.
“Qavaldaş” Respublika festival-müsabiqəsinin final mərhələsi iyunun 20-dən 25-dək keçiriləcək.
8 il əvvəl
Digər xəbərlər
-
Füzuli şəhərində 1 nömrəli körpələr evi-uşaq bağçasının açılışı olub
24.04.2026 - 17:00 -
Nazir müavini Həsən Həsənli Şamaxıda müəllim və valideynlərlə görüşüb
24.04.2026 - 16:00 -
Aparat rəhbəri Tərtərdə təhsil müəssisələrinin fəaliyyəti ilə tanış olub
24.04.2026 - 15:00 -
Qarabağ regionu üzrə təhsil işçiləri üçün “Antikorrupsiya davranış modelinin formalaşdırılması” mövzusunda təlim keçirilib
24.04.2026 - 14:00 -
Elm və təhsil naziri “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb
24.04.2026 - 11:00
