1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzində Novruz şənliyi
Təhsil Nazirliyinin 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzində Novruz bayramı münasibəti ilə şənlik keçirilib.
Tədbirin keçirilməsində məqsəd Azərbaycanda yaşayan çoxsaylı xalqların nümayəndələrinə milli adət-ənənələrimizi, mədəniyyət və incəsənətimizi, xalq folklorumuzu, mətbəximizi tanıtmaq, məktəbdənkənar dərnək üzvlərinin asudə vaxtının səmərəli təşkil olunmasından ibarət olub.
Tədbirdə Novruz bayramının milli bayramlar kimi qeyd olunduğu İran, Əfqanıstan, Tacikistan, Özbəkistan, Qırğızıstan, Türkmənistan, Pakistan, Qazaxıstan, Misir, Dubay, Hindistan, Qətər və Türkiyədən nümayəndələr də iştirak edib.
Tədbir zamanı mərkəzin həyətində milli adət-ənənələrimizi özündə əks etdirən dekorasiyalar, Novruz bayramına həsr edilmiş rəsm və əl işlərindən ibarət sərgi nümayiş olunub.
Qonaqlar mərkəzin dərnək üzvlərinin iştirakı ilə bir-birindən maraqlı səhnələrə, oyunlara, rəqslərə tamaşa edib, uşaqların ifasında musiqi, şeir, mövsum və mərasim nəğmələrini dinləyiblər.
Şənlikdə Dədə Qorqud, Novruz personajları Bahar qızı, Kosa və Keçəl, Azərbaycan nağıl qəhrəmanları iştirak edib, novruz tonqalı alovlandırılıb.
8 il əvvəl
Digər xəbərlər
-
Füzuli şəhərində 1 nömrəli körpələr evi-uşaq bağçasının açılışı olub
24.04.2026 - 17:00 -
Nazir müavini Həsən Həsənli Şamaxıda müəllim və valideynlərlə görüşüb
24.04.2026 - 16:00 -
Aparat rəhbəri Tərtərdə təhsil müəssisələrinin fəaliyyəti ilə tanış olub
24.04.2026 - 15:00 -
Qarabağ regionu üzrə təhsil işçiləri üçün “Antikorrupsiya davranış modelinin formalaşdırılması” mövzusunda təlim keçirilib
24.04.2026 - 14:00 -
Elm və təhsil naziri “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb
24.04.2026 - 11:00
