Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş turnir
Xocalı soyqırımının iyirmi altıncı ildönümü ilə əlaqədar “Təhsil” Respublika İdman Mərkəzinin təşkilatçılığı ilə Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş Respublika şahmat turnirinə start verilib.
Turnirin keçirilməsində məqsəd Xocalı soyqırımı haqqında gənc şahmatçıları məlumatlandırmaq, onlarda vətənpərvərlik hisslərini gücləndirilmək, dostluq və idman əlaqələrinin möhkəmləndirməkdən ibarət olub.
Ağcabədi rayonunda keçirilən turnirə ölkənin müxtəlif rayonlarından 5 yaş qrupu üzrə 194 şahmatçı qatılıb.
Turnirə 28 fevral tarixində yekun vurulacaq.
Qaliblər “Təhsil” Respublika İdman Mərkəzinin kubok və diplomları ilə təltif ediləcək.
8 il əvvəl
Digər xəbərlər
-
Füzuli şəhərində 1 nömrəli körpələr evi-uşaq bağçasının açılışı olub
24.04.2026 - 17:00 -
Nazir müavini Həsən Həsənli Şamaxıda müəllim və valideynlərlə görüşüb
24.04.2026 - 16:00 -
Aparat rəhbəri Tərtərdə təhsil müəssisələrinin fəaliyyəti ilə tanış olub
24.04.2026 - 15:00 -
Qarabağ regionu üzrə təhsil işçiləri üçün “Antikorrupsiya davranış modelinin formalaşdırılması” mövzusunda təlim keçirilib
24.04.2026 - 14:00 -
Elm və təhsil naziri “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb
24.04.2026 - 11:00
