“Məktəblinin dostu” layihəsi çərçivəsində görüş
Fevralın 23-də Bakı şəhəri Arif Hüseynzadə adına 20 nömrəli məktəb-liseydə “Məktəblinin dostu” pilot layihəsi ilə bağlı ictimaiyyət nümayəndələri ilə görüş keçirilib.
Tədbirdə Bakı şəhəri üzrə Təhsil İdarəsinin müdiri Məhəbbət Vəliyeva, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev, media qurumlarının rəhbərləri, tanınmış ictimaiyyət nümayəndələri, təhsil ekspertləri, jurnalistlər iştirak edib.
Qonaqlar “Məktəblinin dostu” pilot layihəsi üzrə fəaliyyət göstərən əməkdaşlarla görüşüb, onların gündəlik iş fəaliyyətini izləyiblər.
Daha sonra "Məktəblinin dostu" layihəsinin rəhbəri Rüstəm Ağayev təqdimatla çıxış edərək layihənin məqsəd və vəzifələrindən danışıb. Layihə rəhbəri əməkdaşların işəgötürülmə prosesindən, onlar üçün təhsil qanunvericiliyi, fövqəladə hallarda davranış qaydaları və təcili tibbi yardım xidmətinin hadisə yerinə çatanadək ilkin müayinələrin aparılması ilə bağlı təlimlər keçirildiyi, habelə tərəfdaşlıq qurumlarla birgə fəaliyyət və layihə çərçivəsində fəaliyyət göstərən Psixoloji Mərkəzin iş istiqamətləri barədə məlumat verib.
Görüşdə layihə ilə əlaqədar rəy və təkliflər səsləndirilib, icra edilmiş təşəbbüslərə dair müzakirələr aparılıb.
Qeyd edək ki, “Məktəblinin dostu” pilot layihəsi Təhsil Nazirliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin birgə tərəfdaşlığı ilə Bakı şəhərindəki 32 ümumi təhsil müəssisəsində həyata keçirilir. Layihənin əsas məqsədi müəllim və şagirdlər üçün təhlükəsiz mühit yaratmaq, fövqəladə hal baş verdikdə ilkin tibbi və psixoloji yardım göstərmək, mütəmadi olaraq şagird, valideyn, təlim-tərbiyə müəssisələrinin kollektivi ilə maarifləndirmə və diaqnostik işlər aparmaqdır.
8 il əvvəl
Digər xəbərlər
-
Füzuli şəhərində 1 nömrəli körpələr evi-uşaq bağçasının açılışı olub
24.04.2026 - 17:00 -
Nazir müavini Həsən Həsənli Şamaxıda müəllim və valideynlərlə görüşüb
24.04.2026 - 16:00 -
Aparat rəhbəri Tərtərdə təhsil müəssisələrinin fəaliyyəti ilə tanış olub
24.04.2026 - 15:00 -
Qarabağ regionu üzrə təhsil işçiləri üçün “Antikorrupsiya davranış modelinin formalaşdırılması” mövzusunda təlim keçirilib
24.04.2026 - 14:00 -
Elm və təhsil naziri “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb
24.04.2026 - 11:00
