Azərbaycan Respublikasının rəsmi dövlət platforması
Rəsmi vebsaytları necə tanımaq olar?
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.
Dövlət qurumları .gov.az domeni (məsələn, edu.gov.az) vasitəsilə əlaqə qurur.
Rəsmi vebsaytların siyahısı
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
  • Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

“Beynəlxalq kitab bağışlama” günü keçirilib

“Beynəlxalq kitab bağışlama günü” münasibətilə aksiya keçirilib. Aksiya Təhsil Nazirliyinin Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşəbbüsü, Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasının dəstəyi ilə təşkil olunub.

Tədbirin keçirilməsində əsas məqsəd gənc nəslə mədəni xidmət göstərmək, kiçik yaşlı oxuculara mütaliə vərdişlərini aşılamaq, onların kitaba olan marağını yüksəltməkdən ibarət olub.

Aksiya çərçivəsində Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin dərnək üzvləri öz sevimli kitablarını hədiyyə edib. Bir günlük aksiyanın sonunda 900 ədəd kitab toplanıb. Toplanmış kitablar Bakı şəhərində yerləşən 1 nömrəli uşaq evinə, Xəzər rayonu Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 6 saylı Qala qəsəbə filialına, valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün müəssisəyə, Sabunçu rayonu Yeni Azərbaycan Partiyasının dəstəyi ilə 1 nömrəli tam orta internat məktəbinə, 10 nömrəli sanatoriya tipli internat məktəbinə və 11 nömrəli xüsusi internat məktəbinə bağışlanıb.

“Beynəlxalq kitab bağışlama günü” nün davamı  Mərkəzi Elmi Kitabxanada keçirilib. İştirakçılar kitabxananın tarixi, mühafizə olunan fondlar, kitabxanada göstərilən xidmətlər, oxu zalları, kitab axtarışı və sifarişi prosesləri, kitabxanada mühafizə olunan uşaq ədəbiyyatı ilə tanış olub.

Tədbiri giriş sözü ilə açan Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin direktoru Firuzə Sultanzadə çıxış edərək mütaliənin əhəmiyyətindən, gənclərin dünyagörüşünün inkişafında kitabın rolundan danışıb.

Tədbirin sonunda uşaq və yeniyetmələr arasında mütaliənin təbliği məqsədilə iştirakçılara Mərkəzi Elmi Kitabxana tərəfindən Azərbaycan və dünya ədəbiyyatından kitablar hədiyyə edilib.


8 il əvvəl