İdmançımız qızıl medal qazanıb
Təhsil Nazirliyinin 13 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq Gənclər-İdman Məktəbinin yetirməsi Avropa Kuboku uğrunda yarışın qalibi olub.
3-4 fevral tarixlərində Bolqarıstanın paytaxtı Sofiya şəhərində cüdo üzrə Avropa Kuboku uğrunda keçirilən turnirdə 29 ölkədən 244 idmançı iştirak edib.
60 kq çəki dərəcəsində mübarizə aparan Təhsil Nazirliyinin 13 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq Gənclər-İdman Məktəbinin idmançısı, milli yığma komandanın üzvü Tofiq Məmmədov Fransa, İspaniya və Bolqarıstan təmsilçilərini məğlub edərək finala yüksəlib.
İdmançımız həlledici görüşdə Rusiya təmsilçisinə qalib gələrək qızıl medala layiq görülüb.
8 il əvvəl
Digər xəbərlər
-
Füzuli şəhərində 1 nömrəli körpələr evi-uşaq bağçasının açılışı olub
24.04.2026 - 17:00 -
Nazir müavini Həsən Həsənli Şamaxıda müəllim və valideynlərlə görüşüb
24.04.2026 - 16:00 -
Aparat rəhbəri Tərtərdə təhsil müəssisələrinin fəaliyyəti ilə tanış olub
24.04.2026 - 15:00 -
Qarabağ regionu üzrə təhsil işçiləri üçün “Antikorrupsiya davranış modelinin formalaşdırılması” mövzusunda təlim keçirilib
24.04.2026 - 14:00 -
Elm və təhsil naziri “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb
24.04.2026 - 11:00
