Olimpiadaçıların qış məktəbi
Təhsil Nazirliyinin tabeliyindəki Fizika, riyaziyyat və informatika təmayüllü liseyin nəzdində yaradılmış Beynəlxalq olimpiadalara hazırlıq mərkəzinin informatika fənni üzrə olimpiadaçı şagirdləri üçün “Azercell”-in Barama İnnovasiya və Sahibkarlıq Mərkəzində qış məktəbi təşkil edilib.
Qış məktəbinə paytaxt və bölgələrdən 20 şagird cəlb olunub. Qış olimpiada məktəbi zamanı əsas fəaliyyət beynəlxalq olimpiadalara hazırlıq prosesini daha da intensivləşdirməyə, tədris ilinin əvvəlindən keçirilən mövzuların təkrarına və yeni olimpiada məsələrinin həllinə yönəlib. Məşğələlər iki yaş qrupu üzrə təşkil olunub. Yuxarı yaş qrupu 10-11-ci sinifləri, aşağı yaş qrupu 8-9-cu sinifləri əhatə edib. Qış məktəbində təlimçilər beynəlxalq olimpiada iştirakçıları və qalibləri olmuş gənc mütəxəssislər arasından seçilib.
İnformatika fənni üzrə qış məktəbinin əsas məqsədi şagirdlərin olimpiadalara hazırlıq prosesinin stimulllaşdırılması, onların elmi-yaradıcı təşəbbüslərinin artırılması, elmi potensialının nümayiş etdirilməsi üçün şəraitin yaradılması, müxtəlif müsabiqələr nəticəsində müəyyənləşdirilmiş istedadlı şagirdlərlə ikinci yarımilə səmərəli hazırlığın həyata keçirilməsidir.
8 il əvvəl
Digər xəbərlər
-
Füzuli şəhərində 1 nömrəli körpələr evi-uşaq bağçasının açılışı olub
24.04.2026 - 17:00 -
Nazir müavini Həsən Həsənli Şamaxıda müəllim və valideynlərlə görüşüb
24.04.2026 - 16:00 -
Aparat rəhbəri Tərtərdə təhsil müəssisələrinin fəaliyyəti ilə tanış olub
24.04.2026 - 15:00 -
Qarabağ regionu üzrə təhsil işçiləri üçün “Antikorrupsiya davranış modelinin formalaşdırılması” mövzusunda təlim keçirilib
24.04.2026 - 14:00 -
Elm və təhsil naziri “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb
24.04.2026 - 11:00
