“Ana yurdum, Azərbaycan” adlı I Respublika dram müsabiqəsi
Qəbələ rayonunda Təhsil Nazirliyi və 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə “Azərbaycan dramaturgiyası dünən və bu gün” mövzusunda “Ana yurdum, Azərbaycan” adlı I Respublika dram müsabiqəsi keçirilib.
Müsabiqə İsmayıllı, Qəbələ, Oğuz, Şəki, Qax, Zaqatala və Balakən rayonlarının uşaq və gəncləri arasında keçirilib.
Müsabiqənin təşkil edilməsində məqsəd klassik və müasir dramaturgiyamızın tarixinə nəzər salmaq, xüsusi istedadı olan uşaqları üzə çıxarmaq, dostluq, xeyirxahlıq, tolerantlıq və vətənpərvərlik duyğularının aşılanması olub.
Müsabiqənin I mərhələsi yerlərdə təşkil olunub, fərqlənən kollektiv və ifaçılar II - yekun mərhələdə iştirak etmək hüququ qazanıblar.
Bölgələrdən Qəbələyə gələn kollektiv və iştirakçılar öncə ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstəsi qoyublar.
Sonra uşaqların Qəbələ şəhərinə ekskursiyası təşkil olunub və kollektivlərin “tanışlıq axşamı” keçirilib.
Müsabiqənin yekun tədbiri Qəbələ Mədəniyyət Mərkəzində keçirilib. Yekun mərhələdə 14 müəssisədən 90-a yaxın məktəblinin və Uşaq-Gənclər İnkişaf mərkəzlərinin dərnək üzvlərinin çıxışları dinlənilib. Uşaqlar kompozisiyalar, bədii qiraət nümunələri və dramaturqların əsərlərindən hazırladıqları parçalar ifa ediblər.
İştirakçıların ifasının qiymətləndirilməsi zamanı uşaqların səhnə danışığı və mədəniyyəti, obrazlı ifası, səhnə və musiqi tərtibatı, geyimi münsiflər tərəfindən əsas şərt kimi götürülüb.
Müsabiqənin nəticələrinə görə hər bir yer üzrə 4 nəfər olmaqla 12 nəfər I, II, III yeri qazanıb.
Daha sonra qaliblərə Təhsil Nazirliyi tərəfindən kubok, diplom və hədiyyələr təqdim olunub.
8 il əvvəl
Digər xəbərlər
-
Füzuli şəhərində 1 nömrəli körpələr evi-uşaq bağçasının açılışı olub
24.04.2026 - 17:00 -
Nazir müavini Həsən Həsənli Şamaxıda müəllim və valideynlərlə görüşüb
24.04.2026 - 16:00 -
Aparat rəhbəri Tərtərdə təhsil müəssisələrinin fəaliyyəti ilə tanış olub
24.04.2026 - 15:00 -
Qarabağ regionu üzrə təhsil işçiləri üçün “Antikorrupsiya davranış modelinin formalaşdırılması” mövzusunda təlim keçirilib
24.04.2026 - 14:00 -
Elm və təhsil naziri “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb
24.04.2026 - 11:00
