Azərbaycan Respublikasının rəsmi dövlət platforması
Rəsmi vebsaytları necə tanımaq olar?
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.
Dövlət qurumları .gov.az domeni (məsələn, edu.gov.az) vasitəsilə əlaqə qurur.
Rəsmi vebsaytların siyahısı
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
  • Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

“SABAH” tələbələrinin ifasında tamaşa

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin SABAH qrupu IV kurs tələbələrinin M.F.Axundovun “Hekayəti Müsyö Jordan həkimi-nəbatat və dərviş Məstəli şah cadükuni məşhur” komediyası əsasında hazırladıqları bir hissəli tamaşa nümayiş olunub.

Əməkdar artist Nofəl Vəliyevin rejissoru olduğu tamaşada tələbələrdən Xədicə Məmmədova (Şəhrəbanu xanım), Orxan İsgəndərli (Hatəmxan ağa), Anaxanım Sultanova (Gülçöhrə), Corc Qafarov (Şahbaz bəy), Könül Ələkbərova (Xanpəri), Məhəmməd Musayev (Müsyo Jordan), Hilal Dəmirov (Dərviş Məstəli şah), Hüseynağa Aslanov (Qulaməli) və Azərbaycan Dövlət Pedaqoji Universitetin tələbəsi Qönçə Vəliyeva  (Şərəfnisə xanım) rolunda çıxış ediblər.

Yaradıcı heyətin böyük ruh yüksəkliyi, tələbələrin obrazları peşəkar şəkildə canlandırmaları, aydın səhnə danışığı, eləcə də dinamika, geyimlər, dekorasiyanın bir-birini tamamlaması tamaşaçıların alqışları ilə qarşılanıb.

Tamaşanın hazırlanmasında universitetin SABAH Mərkəzinin rəhbəri Böyükxanım Məmmədbəyovanın, səhnə danışığı üzrə Nadir Hüseynovun və plastik həll üzrə rejissor Ruslan İsmayılovun böyük əməyi olub.

 


8 il əvvəl