Uşaq-Gənclər İnkişaf Mərkəzində hesabat tədbiri
Sumqayıt şəhər 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzində Dünya Azərbaycanlıların Həmrəylik günü və Yeni il münasibəti ilə “Dünyanı yalnız uşaqlarla birgə qurmaq olar” ədəbi-bədii və musiqili hesabat konserti keçirilib.
Tədbirdən öncə iştirakçılar “Sehrli əllər dünyası” adlı rəsm əsərlərindən və əl işlərindən ibarət sərgi ilə tanış olublar. Sərgi zalında rəssamlıq studiyasının dərnək üzvlərinin 300-dən çox rəsm, 100-dən çox xalçaçılıq, art dizayn, ağac üzərində oyma, dekorativ-tətbiqi sənət, aviamodel, radiotexnika dərnəklərinin üzvlərinin əl işləri nümayiş etdirilib.
Sərgiyə baxış və mərkəzlə tanışlıqdan sonra rəqs, teatr, musiqisevərlər, bədii qiraət dərnəklərinin üzvləri geniş konsert proqramı ilə çıxış ediblər.
Tədbirdə Təhsil Nazirliyinin sektor müdiri Ayla Həsənova, Sumqayıt Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Mübariz Bəşirov, Sumqayıt Şəhər Təhsil Şöbəsinin əməkdaşları, məktəbdənkənar və ümumtəhsil məktəblərinin direktorları, ictimaiyyət nümayəndələri, müəllimlər, valideynlər və mərkəzin dərnək üzvləri iştirak edib.
8 il əvvəl
Digər xəbərlər
-
Füzuli şəhərində 1 nömrəli körpələr evi-uşaq bağçasının açılışı olub
24.04.2026 - 17:00 -
Nazir müavini Həsən Həsənli Şamaxıda müəllim və valideynlərlə görüşüb
24.04.2026 - 16:00 -
Aparat rəhbəri Tərtərdə təhsil müəssisələrinin fəaliyyəti ilə tanış olub
24.04.2026 - 15:00 -
Qarabağ regionu üzrə təhsil işçiləri üçün “Antikorrupsiya davranış modelinin formalaşdırılması” mövzusunda təlim keçirilib
24.04.2026 - 14:00 -
Elm və təhsil naziri “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb
24.04.2026 - 11:00
