Məktəblilər üçün ekskursiyalar təşkil edilib
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil məktəbləri şagirdlərinin YARAT Müasir İncəsənət Mərkəzinə ekskursiyaları təşkil olunub.
Bakı Şəhəri üzrə Təhsil İdarəsi və YARAT Müasir İncəsənət Məkanı İctimai Birliyinin birgə təşkilatçılığı ilə keçirilən ekskusiya ümumi təhsil məktəbləri şagirdlərinin dünyagörüşünü, bilik və bacarıqlarını inkişaf etdirmək, şagirdlərin asudə vaxtlarının səmərəli keçməsinə şərait yaratmaq məqsədlərinə xidmət edib.
Fərqli yaş qruplarının tələbatlarına uyğun olaraq hazırlanan ekskursiyalarda qısa mühazirələr oxunub və bir çox yaradıcı oyunlar keçirilib.
Ekskursiyalar zamanı məktəblilərə YARAT Müasir İncəsənət Mərkəzində ustad dərsləri keçirilib. Mərkəzdə təlimçilər tərəfindən şagirdlərə daş üzərində boya ilə rəsm çəkmək də öyrədilib.
Ekskursiya çərçivəsində şagirdlərin bədii qiraət ustaları, tanınmış idmançılar və digər ziyalı şəxslərlə görüşləri də təşkil olunub.
YARAT Müasir İncəsənət Mərkəzinə ekskursiyaların yaxın zamanda davam etdirilməsi nəzərdə tutulur.
8 il əvvəl
Digər xəbərlər
-
Füzuli şəhərində 1 nömrəli körpələr evi-uşaq bağçasının açılışı olub
24.04.2026 - 17:00 -
Nazir müavini Həsən Həsənli Şamaxıda müəllim və valideynlərlə görüşüb
24.04.2026 - 16:00 -
Aparat rəhbəri Tərtərdə təhsil müəssisələrinin fəaliyyəti ilə tanış olub
24.04.2026 - 15:00 -
Qarabağ regionu üzrə təhsil işçiləri üçün “Antikorrupsiya davranış modelinin formalaşdırılması” mövzusunda təlim keçirilib
24.04.2026 - 14:00 -
Elm və təhsil naziri “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb
24.04.2026 - 11:00
