Uşaq-Gənclər İnkişaf Mərkəzinin taekvondo komandası I yeri qazanıb
Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin (RUGİM) taekvondo komandası Qəbələ Olimpiya İdman Kompleksində keçirilən “Qəbələ Open” beynəlxalq açıq birinciliyində I yeri qazanıb.
5 ölkədən 500-dən çox idmançının qatıldığı yarışda RUGİM-in taekvondo komandası məşqçi Elməddin Vəliyevin rəhbərliyi ilə digər rəqib komandaları üstələyərək 6 qızıl, 6 gümüş, 3 bürünc olmaqla ümumilikdə15 medal əldə edib.
Yarışa Türkiyə, Rusiya, İraq, Gürcüstan və eləcə də respublikanın regionlarında fəaliyyət göstərən idman cəmiyyətləri, taekvondo bölmələri və klublardan 500-dən artıq idmançı qatılıb.Turnirdə 2006-2007-ci il və 2008-2009-cu il təvəllüdlü uşaqlar, 2003-2005-ci il təvəllüdlü yeniyetmələr, 2000-2002-ci il təvəllüdlü gənc idmançılar mübarizə aparıblar.
Üç gün davam edən yarışın təşkilində məqsəd ölkədə taekvondonun təbliği, bölgələrdə idmanın bu növünün inkişafına təkan vermək, idmançıların yarış təcrübəsinin və ustalığının artırılması olub.
“Qəbələ Open” beynəlxalq açıq birinciliyi Azərbaycan Taekvondo Federasiyası, Gənclər və İdman Nazirliyi və "Qəbələ” idman klubunun təşkilati dəstəyi ilə keçirilib.
8 il əvvəl
Digər xəbərlər
-
Füzuli şəhərində 1 nömrəli körpələr evi-uşaq bağçasının açılışı olub
24.04.2026 - 17:00 -
Nazir müavini Həsən Həsənli Şamaxıda müəllim və valideynlərlə görüşüb
24.04.2026 - 16:00 -
Aparat rəhbəri Tərtərdə təhsil müəssisələrinin fəaliyyəti ilə tanış olub
24.04.2026 - 15:00 -
Qarabağ regionu üzrə təhsil işçiləri üçün “Antikorrupsiya davranış modelinin formalaşdırılması” mövzusunda təlim keçirilib
24.04.2026 - 14:00 -
Elm və təhsil naziri “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb
24.04.2026 - 11:00
