“Karyera üçün təhsil” layihəsinə start verilib
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində “Karyera üçün təhsil” layihəsinin icrasına başlanıb.
“Junior Achievement Azərbaycan” İctimai Birliyinin dəstəyi ilə həyata keçirilən layihənin məqsədi gənclərin məşğulluq imkanlarının artırılması, bilik, bacarıq və şəriştələrinin, həmçinin, maliyyə savadlılığı və sahibkarlıq biliklərinin təkmilləşdirilməsidir. Layihə çərçivəsində gənclərə gələcək karyeralarında uğur qazanmaları üçün peşəkar inkişaf təlimləri ilə yanaşı, karyera planlaşdırılması, marketinq, satış və digər sahələr üzrə peşəyönümlü təlimlər təşkil olunacaq.
Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin Peşəyönümü və işəgötürənlərlə əməkdaşlıq şöbəsinin müdiri, Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin direktoru vəzifəsini icra edən Eldar Salahov gənclərin şəxsi və peşəkar inkişafının hazırkı əmək bazarı üçün önəmini vurğulayaraq təlimlərdə onlara uğurlar arzulayıb.
Təlimlər “Müvəffəqiyyət bacarıqları”, “Maliyyə savadlılığı”, “Sahibkar ol” modulları əsasında təlimçi-ekspert Əzizağa Atakişiyev tərəfindən aparılır. Ə.Atakişiyev təqdimatında layihə barədə geniş məlumat verib, öyrənilən bacarıqların gənclər və tələbələr üçün açdığı imkanlardan danışıb.
Layihənin sonunda keçiriləcək "Biznes Günü"ndə tələbələr sahibkarlıq bacarıqlarının nəticəsi olaraq öz biznes planlarını hazırlayıb təqdim edəcəklər.
8 il əvvəl
Digər xəbərlər
-
Füzuli şəhərində 1 nömrəli körpələr evi-uşaq bağçasının açılışı olub
24.04.2026 - 17:00 -
Nazir müavini Həsən Həsənli Şamaxıda müəllim və valideynlərlə görüşüb
24.04.2026 - 16:00 -
Aparat rəhbəri Tərtərdə təhsil müəssisələrinin fəaliyyəti ilə tanış olub
24.04.2026 - 15:00 -
Qarabağ regionu üzrə təhsil işçiləri üçün “Antikorrupsiya davranış modelinin formalaşdırılması” mövzusunda təlim keçirilib
24.04.2026 - 14:00 -
Elm və təhsil naziri “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb
24.04.2026 - 11:00
