Təhsil Nazirliyində kollegiya iclası
Noyabrın 15-də Təhsil Nazirliyində kollegiya iclası keçirilib.
Tədbirdə kollegiya üzvləri ilə yanaşı, nazirliyin struktur bölmə rəhbərləri, ali təhsil müəssisələrinin rektorları iştirak ediblər.
Təhsil naziri Mikayıl Cabbarov kollegiya iclasını giriş sözü ilə açaraq ölkə başçısının rəhbərliyi ilə təhsil sahəsində aparılan məqsədyönlü islahatlar nəticəsində əldə olunan uğurlar və qarşıya qoyulan vəzifələr barədə məlumat verib.
Kollegiya iclasında Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Yaqub Piriyev 2017-2018-ci tədris ili üzrə ali təhsil müəssisələrinə tələbə qəbulunun yekunları, ali təhsil müəssisələrinin fəaliyyətini tənzimləyən bəzi qayda və əsasnamələrin təsdiqi barədə məruzə edib.
Sonra təhsil nazirinin müavini Mətin Eynullayev Rektorlar Şurasının yaradılması haqqında məlumat verib.
İclasda Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov, Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru Cəfər Cəfərov və Gəncə Dövlət Universitetinin rektoru Yusif Yusibov rəhbərlik etdikləri ali təhsil müəssisələrinin tədris, elmi-tədqiqat, beynəlxalq əlaqələr və maliyyə-təsərrüfat fəaliyyətinə dair hesabatla çıxış ediblər.
Daha sonra ali təhsil müəssisələrinin əsas fəaliyyət istiqamətləri ilə bağlı çıxışlar olub, gündəlikdəki məsələlərə dair təkliflər səsləndirilib.
Təhsil naziri Mikayıl Cabbarov kollegiya iclasında məruzə olunan mövzularla bağlı fikirlərini bildirib.
Kollegiya iclasında Rektorlar Şurasının Əsasnaməsi müzakirə olunduqdan sonra sənəd təsdiq edilib, eləcə də 2018-ci ildə ali təhsil müəssisələrinin prorektorlarının attestasiyasının keçirilməsi ilə bağlı qərar qəbul olunub.
İclasda Naxçıvan Dövlət Universitetinin 50, Sumqayıt Dövlət Universitetinin 55 illik yubileyləri münasibəti ilə rektorlar Saleh Məhərrəmova və Elxan Hüseynova Təhsil Nazirliyinin Fəxri fərmanı, həmçinin ölkə Prezidentinin sərəncamı ilə “Əməkdar müəllim” fəxri adına layiq görülən Xanhüseyn Kazımlıya dövlət təltifi təqdim olunub.
7 il əvvəl
Digər xəbərlər
-
Elm və təhsil naziri Balakəndə vətəndaşları qəbul edəcək
21.11.2024 - 11:44 -
“QS Quacquarelli Symonds” Beynəlxalq Reytinq Agentliyinin nümayəndə heyəti ilə görüş keçirilib
20.11.2024 - 10:38 -
İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ICESCO) Baş direktoru ilə görüş keçirilib
19.11.2024 - 18:15 -
Elm və təhsil naziri “TikTok” şirkətinin nümayəndələri ilə görüşüb
19.11.2024 - 17:53 -
Emin Əmrullayev Dünya Bankının Təhsil üzrə Qlobal Direktoru ilə görüşüb
19.11.2024 - 16:30