Daha iki məktəbli Avropa çempionatının qalibi olub
Paytaxt məktəbliləri Avropa çempionatında I yeri tutub.
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 175 nömrəli tam orta məktəbin VII sinif şagirdi Rəmzi Rəhimli və 7 nömrəli tam orta məktəbin X sinif şagirdi Murad Kərimli Bakı şəhərində keçirilən pençak-silat idmanı üzrə Avropa çempionatında bütün rəqibləri üzərində qələbə qazanıb. Rəmzi Rəhimli 12-14, Murad Kərimli 14-17 yaş arasındakı idmançıların qatıldığı yarışlarda qələbəni təmin edib.
Qaliblərə medal və diplomlar təqdim olunub.
Çempionatda müxtəlif yaş dərəcələri üzrə 11 ölkədən 120 idmançı mübarizə aparıb.
8 il əvvəl
Digər xəbərlər
-
Füzuli şəhərində 1 nömrəli körpələr evi-uşaq bağçasının açılışı olub
24.04.2026 - 17:00 -
Nazir müavini Həsən Həsənli Şamaxıda müəllim və valideynlərlə görüşüb
24.04.2026 - 16:00 -
Aparat rəhbəri Tərtərdə təhsil müəssisələrinin fəaliyyəti ilə tanış olub
24.04.2026 - 15:00 -
Qarabağ regionu üzrə təhsil işçiləri üçün “Antikorrupsiya davranış modelinin formalaşdırılması” mövzusunda təlim keçirilib
24.04.2026 - 14:00 -
Elm və təhsil naziri “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb
24.04.2026 - 11:00
