#9noyabr həştəqi ilə minlərlə paylaşım edilib
Təhsil Nazirliyinin "Bir" Tələbə-Könüllü proqramı və "ASAN Könüllüləri" Təşkilatının birgə təşəbbüsü ilə #9noyabr həştəqi ilə başladılan kampaniya “Twitter”də maraqla qarşılanıb.
9 noyabr - Dövlət Bayrağı Günü münasibətilə başladılan sosial kampaniyanın məqsədi Azərbaycan Respublikası Prezidentinin 16 may 2017-ci il tarixli "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında" sərəncamına uyğun olaraq müstəqil Azərbaycanın keçdiyi tarixi yolda qazandığı dəyərlərin, dövlət bayrağının, onun milli simvollarının, eyni zamanda azərbaycançılıq, vətənpərvərlik və dövlətçilik ideyalarının təbliğidir.
Yüzlərlə insanın qoşulduğu kampaniyada #9noyabr həştəqi ilə Azərbaycan bayrağı məzmunlu paylaşımlar 14.000-dən çox tvit ilə trendlərdə ilk sırada yer alıb. Kampaniya “Twitter”də minlərlə “retweet” və bəyənilmə, 400.000-dən çox baxış sayı əldə edib.
“BİR Könüllülər” və "ASAN Könüllüləri" böyük maraq göstərərək qoşulduqları kampaniya sayəsində minlərlə bayraq məzmunlu paylaşımlar edərək sosial şəbəkələrdə də əməkdaşlıq nümayiş etdiriblər.
8 il əvvəl
Digər xəbərlər
-
Füzuli şəhərində 1 nömrəli körpələr evi-uşaq bağçasının açılışı olub
24.04.2026 - 17:00 -
Nazir müavini Həsən Həsənli Şamaxıda müəllim və valideynlərlə görüşüb
24.04.2026 - 16:00 -
Aparat rəhbəri Tərtərdə təhsil müəssisələrinin fəaliyyəti ilə tanış olub
24.04.2026 - 15:00 -
Qarabağ regionu üzrə təhsil işçiləri üçün “Antikorrupsiya davranış modelinin formalaşdırılması” mövzusunda təlim keçirilib
24.04.2026 - 14:00 -
Elm və təhsil naziri “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb
24.04.2026 - 11:00
