Məktəblərdə İslam həmrəyliyi mövzusunda tədbirlər
Paytaxt məktəblərində “İslam Həmrəyliyi İli” çərçivəsində silsilə tədbirlər keçirilir.
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrində “İslam Həmrəyliyi İli”nə həsr olunmuş konfrans, “Dəyirmi masa”, mühazirə, seminar, müsabiqə və sərgilər təşkil edilir.
Tədbirlərdə müəllim, şagird və müvafiq dövlət qurumlarının nümayəndələri iştirak edirlər.
Tədbirlərin keçirilməsində əsas məqsəd məktəbliləri milli-mənəvi və ümümbəşəri dəyərlər ruhunda tərbiyə etmək, onlara ölkəmizin tolerant və İslam sivilizasiyasının əsas mərkəzlərindən biri olduğunu aşılamaqdan ibarətdir.
“İslam dialoq dinidir”, "İslam həmrəyliyi elm və təhsildə", “İslam dəyərləri və sivilizasiyalar” və digər mövzularda təşkil edilən tədbirlərdə Azərbaycanın daim İslam aləmi ilə sıx münasibətlər qurduğu, ölkəmizin İslam Əməkdaşlıq Təşkilatının, İSESKO-nun üzvü olduğu vurğulanır. IV İslam Həmrəyliyi Oyunlarının Bakı şəhərində keçirilməsinin İslam həmrəyliyinin möhkəmləndirilməsinə xidmət etdiyi qeyd olunur.
Tədbirlər çərçivəsində İslam ölkələrinin həmrəyliyinə və milli-mənəvi dəyərlərə həsr olunmuş sənədli filmlər, videoçarxlar nümayiş etdirilir.
Məktəblərdə İslam həmrəyliyi mövzusuna dair keçirilən şeir, inşa yazı və rəsm müsabiqərində qalib gələn şagirdlər diplomla təltif olunurlar.
8 il əvvəl
Digər xəbərlər
-
Füzuli şəhərində 1 nömrəli körpələr evi-uşaq bağçasının açılışı olub
24.04.2026 - 17:00 -
Nazir müavini Həsən Həsənli Şamaxıda müəllim və valideynlərlə görüşüb
24.04.2026 - 16:00 -
Aparat rəhbəri Tərtərdə təhsil müəssisələrinin fəaliyyəti ilə tanış olub
24.04.2026 - 15:00 -
Qarabağ regionu üzrə təhsil işçiləri üçün “Antikorrupsiya davranış modelinin formalaşdırılması” mövzusunda təlim keçirilib
24.04.2026 - 14:00 -
Elm və təhsil naziri “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb
24.04.2026 - 11:00
