“eTwinning Plus” layihəsi çərçivəsində seminar
“eTwinning Plus” layihəsi çərçivəsində Maltanın Valletta şəhərində “eTwinning” illik seminarı keçirilib.
Seminarın əsas məqsədi “eTwinning Plus” layihəsi çərçivəsində layihə əsaslı tədris metodologiyalarının tətbiqinin müzakirəsi və bu sahədə təcrübə mübadiləsinin aparılması olub.
Seminarda Bakı şəhəri 126 nömrəli tam orta məktəbin müəllimi Şirincan Məmmədova və Heydər Əliyev adına liseyin müəllimi Natavan Bədəlova iştirak edib.
Tədbirdə “eTwinning Plus” layihəsi çərçivəsində fəaliyyət göstərən müəllimlərin bilik və bacarıqlarının artırılması üzrə təlimlər də təşkil olunub.
Qeyd edək ki, hazırda “eTwinning Plus” layihəsinə respublika üzrə 129 məktəb, 395 müəllim cəlb olunub. Layihə çərçivəsində müəllimlərin bilik və bacarıqlarının artırılması üzrə onlayn təlimlər, Avropa ölkələrində müxtəlif seminar və konfranslar təşkil edilir. Cari ildə 81 müəllim 115 onlayn təlimdə iştirak edib və beynəlxalq sertifikatlar qazanıb. Layihə Təhsil Nazirliyi nəzdində Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsi tərəfindən reallaşdırılır.
6 il əvvəl
Digər xəbərlər
-
Füzuli rayonu Aşağı Alıxanlı kənd tam orta məktəbində ilk idman festivalı keçirilib
26.09.2024 - 17:10 -
Beynəlxalq Yaşıl STEAM Azərbaycan Festivalı ilə bağlı brifinq keçirilib
26.09.2024 - 15:00 -
Təhsilin İnkişafı Forumu keçiriləcək
26.09.2024 - 14:30 -
Moskva şəhərində Rusiya-Azərbaycan Elm və Təhsil Forumu keçirilir
26.09.2024 - 12:00 -
Təhsildə Yeni Çağırışlar V Beynəlxalq Forumu keçiriləcək
25.09.2024 - 15:47