Uşaq hüquqları mövzusu müzakirə olunur
Paytaxt məktəblərində “Uşaq hüquqları aylığı” ilə əlaqədar silsilə tədbirlər keçirilir.
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrində ölkə üzrə elan edilən aylıq çərçivəsində uşaq hüquqları mövzusunda maarifləndirici tədbir, “Dəyirmi masa”, treninq-seminar, müsabiqə və sərgilər təşkil olunur.
20 oktyabr-20 noyabr tarixlərini əhatə edən “Uşaq hüquqları aylığı”nın təşkilində əsas məqsəd BMT-nin Uşaq Hüquqları Konvensiyasının qəbul olunmasının ildönümü və 20 noyabr- Ümumdünya Uşaqlar Günü ərəfəsində uşaqlara diqqətin artırılması, uşaq hüquqlarının qorunması vəziyyətinin daha da yaxşılaşdırılmasından ibarətdir.
Məktəblərdə keçirilən tədbirlərdə şagirdlərə məlumat verilir ki, ölkəmizdə hər il “Uşaq hüquqları aylığı” qeyd olunur. BMT-nin Uşaq Hüquqları Konvensiyasının icrasının təmin edilməsi istiqamətində respublikamızda bir sıra tədbirlər həyata keçirilir.
Bundan başqa, Prezident İlham Əliyevin 27 dekabr 2011-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında İnsan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”nda əhalinin müxtəlif qruplarının, o cümlədən də uşaq hüquqlarının müdafiəsi ilə bağlı təsbit olunan müddəalar uğurla həyata keçirilməkdədir.
Ümumi təhsil müəssisələrində “Uşaq hüquqları aylığı” çərçivəsində tədbirlərin noyabrın 20-dək davam etdirilməsi nəzərdə tutulur.
8 il əvvəl
Digər xəbərlər
-
Füzuli şəhərində 1 nömrəli körpələr evi-uşaq bağçasının açılışı olub
24.04.2026 - 17:00 -
Nazir müavini Həsən Həsənli Şamaxıda müəllim və valideynlərlə görüşüb
24.04.2026 - 16:00 -
Aparat rəhbəri Tərtərdə təhsil müəssisələrinin fəaliyyəti ilə tanış olub
24.04.2026 - 15:00 -
Qarabağ regionu üzrə təhsil işçiləri üçün “Antikorrupsiya davranış modelinin formalaşdırılması” mövzusunda təlim keçirilib
24.04.2026 - 14:00 -
Elm və təhsil naziri “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb
24.04.2026 - 11:00
